Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Danimarkada insanların “omikron” ştamı ilə təkrar yoluxma halları təsdiqlənir
Danimarkada insanların “omikron” ştamı ilə təkrar yoluxma halları təsdiqlənir |
Danimarkada insanların “omikron” ştamı ilə təkrar yoluxma halları təsdiqlənir.
Danimarka Dövlət Peyvənd İnstitutunun yeni məlumatına istinadən xəbər verir ki, ötən ilin noyabrında Danimarkaya bu mutasiya yayılmağa başlayandan bəri, Krallığın 47 vətəndaşı “omikron” ştamının hər iki variantına iki dəfə yoluxub. Alimlərin qənaətincə, bu insanlar əvvəlcə BA1 variantına, sonra isə BA2 variantına yoluxublar. Qeyd edilir ki, ştamın hər iki variantında yoluxan insanlar əksər hallarda gənc və peyvənd olunmamışlar. Danimarka Dövlət Peyvənd İnstitutu həmçinin vurğulayır ki, dekabr ayında Krallıqda koronavirusa yoluxanların əksəriyyəti BA1 variantı ilə xəstə olduğu halda, yanvarda yoluxanların əksəriyyəti isə BA2 variantına yoluxub. Qeyd edək ki, hazırda Danimarkada sonuncu variant üstünlük təşkil edir. Geri dön |