Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveç saytında Qobustana səyahət tövsiyə edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > İsveç saytında Qobustana səyahət tövsiyə edilib

İsveç saytında Qobustana səyahət tövsiyə edilib


İsveç xəbər saytında Qobustana səyahət edərək, Tur Heyerdalın da bəhs etdiyi qaya rəsmləri ilə tanış olmaq tövsiyə edilib.

İsveçin “Cawamediya” xəbər saytında, “Tur Heyerdal və Odinin ovu - Qobustan, Azərbaycan”, başlıqlı məqalə yerləşdirilib.

Məqalə müəllifi yazır, “norveçli tədqiqatçı və səyahətçi Tur Heyerdal həmişə mənim səyahət qəhrəmanım olub, ona görə də onun Azərbaycana, xüsusən də Qobustana müntəzəm səfəri məndə maraq doğururdu”.

Paytaxt Bakıdan bir qədər cənub-qərbdə yerləşən Qobustan şəhərinin tarixi eramızdan əvvəl 10 mininci illərə aid olduğu qeyd olunan məqalədə, burada insanlıq tarixi üçün əhəmiyyətə malik qaya rəsmlərinin olduğu bildirilir. Belə ki, Qobustanda təxminən 25 il aparılan tədqiqatlar nəticəsində ərzində 750 qayanın üzərinə 3500 müxtəlif mövzulu tarixi əhəmiyyətə malik qaya rəsmi müəyyən edilib.

Mətndə vurğulanır ki, Qobustanda tapılan qaya rəsmləri Skandinaviyada tapılan rəsmlərə bənzədiyi üçün bu yerlər məşhur səyyah Tur Heyerdalın marağına səbəb olub. O, qaya üzərində olan təsvirlərdə günəşin mövqeyinə əsaslanaraq, buradakı insanların o zaman şimala səyahət etdiyini və skandinaviyalıların əslində hazırda Azərbaycan adlanan ərazidən gəlməsi fərziyyəsi ilə çıxış edib.

“Heyerdal Azərbaycanın inkişaf etmiş qədim sivilizasiyanın vətəni olduğunu düşünürdü. O hesab edirdi ki, burada yaşamış insanlar yük heyvanlarından istifadə edərək şimala səyahət edib. O, bütün bu nəzəriyyələri 13-cü əsrdə yazılmış və qədim Skandinaviya mifologiyasına əsaslanan Kral haqqında saqa “Ynglinqa Saqa”ya əsaslanaraq, Odin tanrının şimala Aşer adlı torpaqdan – Azərbaycandan gəldiyi qənaətinə gəlib.

Müəllifin sözlərinə görə, bu və digər faktlar Qobustanı ziyarət etmək üçün yaxşı zəmindir.

Geri dön