Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vyanada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi və klassik konsert təşkil olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Vyanada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi və klassik konsert təşkil olunub

Vyanada Xocalı soyqırımına həsr olunmuş anım mərasimi və klassik konsert təşkil olunub


Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Anım tədbiri Azərbaycan Akademik Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin yaxından dəstəyi ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib, bu il faciənin 30-cu ildönümünün geniş anıldığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Akademik Birliyinin fəxri sədri Tofiq Mürşüdlü çıxış ediblər. Bildirilib ki, 30 il bundan əvvəl soyuq fevral günlərində üç min dinc sakin yaşayan Xocalı şəhərinə ermənilərin hücumları daha da kəskinləşdi. 366-cı motoatıcı alayın dəstəyindən istifadə edən erməni silahlı qüvvələri fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərə qarşı qətliam törətdilər, bu şəhəri yer üzündən sildilər. Xocalı faciəsində 613 nəfər qəddarcasına qətlə yetirildi, yüzlərlə sakin yaralandı, əsir götürüldü və ya itkin düşdü. Həmin gecə Xocalı sakinləri məhz azərbaycanlı olduqlarına və bu etnik mənsubiyyətlərinə görə soyqırımına məruz qaldılar. Beynəlxalq hüquq və normalara görə həmin hadisə soyqırımı şərtlərinə cavab verir və beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımına lazımi qiymət verilməlidir. Digər tərəfdən bu soyqırımı törədənlər məsuliyyətə cəlb edilməli və törətdikləri insanlığa qarşı cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Əks təqdirdə, münaqişədən sonrakı şəraitdə davamlı sülh və əsl barışığa nail olmaq çətin olacaq.

Srebrenitsa-Potoçari Memorial Mərkəzinin direktor müavini Amra Begiç Fazliç və Avstriyadakı Bosniya və Herseqovina icmasının üzvü Armin Pyevlyakoviç çıxışlarında öz həyat təcrübələrindən, soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanınması və davamlı sülhün, qarşılıqlı etimadın təmin edilməsində günahsız dinc əhaliyə qarşı qırğınlar törədənlərin məsuliyyətə cəlb edilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə çıxış edən “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı, publisist Səriyyə Müslümqızı Xocalı qətliamının canlı şahidi kimi gördüyü amansız vəhşilikdən danışıb. O bildirib ki, Xocalıda şəhid edilən 63 uşaqdan 16 nəfəri onun qohumu, onların arasında bir neçəsi isə şagirdi olub. Şagirdləri qarşısında son borcunu yetirərək o, sənədli-xroniki əsərlər yazıb və bu yaxınlarda Xocalıda qətlə yetirilmiş uşaqların xatirəsinə ithaf olunmuş “Onlar heç zaman böyüməyəcəklər“ kitabının alman dili nəşri də bu sırada növbəti kitabdır. S.Müslümqızı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində bir daha Azərbaycanın qüdrətli bir dövlət olduğunu tarixin köksünə yazıb. O, tezliklə doğulduğu Xocalıya, öz doğma yurduna dönəcəyinə inandığını söyləyib.

Tədbirin bədii hissəsində azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadənin rəhbərliyi ilə Vyana Şəhər Orkestri klassik konsert proqramı ilə çıxış edib. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının dramatik əsərləri, eləcə də Abuzər Manafzadənin “Xocalıya“ və Aria Esmaeli Torkanbourinin “Qarabağ marşı” yer alıb. Solistlər Karen Danger-Manafzadə, Mərziyyə Hüseynova, Orxan Cəlilov və Umut Kayanın ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Geri dön