Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Estoniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Estoniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Estoniyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


Azərbaycanın Estoniyadakı səfirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Səfirlikdən bildirilib ki, tədbirdə Qazaxıstan, Moldova, Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Estoniya Parlamentində (Riigikoqu) Estoniya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Sven Sester, Türkiyənin Estoniyadakı müvəqqəti işlər vəkili, Moldova, Türkiyə və Belarus səfirliklərinin digər əməkdaşları, Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Anar Məhərrəmov tədbirdə açılış nitqi ilə çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Xocalı şəhərində yaşayan günahsız azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini, Xocalı soyqırımı zamanı ermənilərin barbar, vandalizm və kütləvi terror aktı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın azərbaycanlı olduqları üçün ağlasığmaz vəhşilik və qəddarlıqla qətlə yetirildiyini, 487 mülki şəxsin ağır yaralandığını və 1275 nəfərin girov götürüldüyünü bildirib. Xocalı soyqırımının Azərbaycan tarixinin ən faciəli və dəhşətli səhifələrindən biri olaraq azərbaycanlılara qarşı yönəlmiş və həyata keçirilmiş dəhşətli cinayət olduğunu qeyd edib.

Türkiyənin Estoniyadakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Fatma Birsen Göksu Şahan Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığını bildirib, azərbaycanlılara qarşı törədilən qətliamı pisləyib, Türkiyənin qardaş Azərbaycanın kədərli və sevincli günlərində daim yanında olduğunu vurğulayıb.

Estoniya-Azərbaycan Parlamentlərarası dosluq qrupun sədri Sven Sester, Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı qrup tərəfindən müvafiq Bəyanatın qəbul olunduğunu qeyd edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalının işğalı zamanı 600-dən çox dinc sakinin, o cümlədən çoxlu sayda qadın, uşaq və qocanın öldürüldüyünü qətiyyətlə pisləyən Sven Sester, bu kütləvi qətliamı törədən cinayətkarların tezliklə məsuliyyətə cəlb olunmalarının vacibliyini diqqətə çatdırıb.

Tədbirin yekununda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

Geri dön