Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Korrupsiya ilə mücadilənin bədəlini ödəyirəm"- Təbrizin sabiq bələdiyyə başçısından açıqlama
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "Korrupsiya ilə mücadilənin bədəlini ödəyirəm"- Təbrizin sabiq bələdiyyə başçısından açıqlama

"Korrupsiya ilə mücadilənin bədəlini ödəyirəm"- Təbrizin sabiq bələdiyyə başçısından açıqlama


O, korrupsiya ilə mübarizə apardığına görə hilə ilə işdən uzaqlaşdırılmasına nail olunduğunu deyib.

Abbas Rəncbər fevralın 19-da şəhər şurasının təşkil etdiyi sorğulama (istizah) iclasının ardınca şuranın 13 üzvündən 9-unun səsi ilə vəzifədən kənarlaşdırılıb.

Mətbuatda yayılan xəbərlərə görə, sabiq bələdiyyə başqanı “zəif performansı”, “özünü mərkəzlik”, “şuranın qərarlarına əhəmiyyət verməmək” və “ümumi narazılığın artması” kimi səbəblər üzündən sorğulanıb.

Abbas Rəncbər təqribən 6 ay əvvəl Təbriz bələdiyyə başqanı təyin edilmişdi. Rəncbərin kənarlaşdırılmasından sonra Təbriz bələdiyyəsinin müdirlərindən olan Mehdi Yusufi başqan əvəzi təyin olunub.

“Mən korrupsiya ilə mücadilə etdiyim üçün bədəl ödəyirəm. Bu vəzifəni qəbul etdiyim gündən bəri şəhər şurasının bir neçə üzvünün bəzi tələbləri var idi.

Onlar bələdiyyədəki təyinatlar ilə bağlı bəzi şəxsləri mənə tövsiyə edirdilər. Mən o tələblərə təslim olmadım və bu gün bunun bədəlini ödəyirəm”-deyə, keçmiş bələdiyyə başçısı “İRNA” xəbər agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, 30 avqust 2021-ci ildə Təbriz bələdiyyə başqanlığına təyin olunan Abbas Rəncbər 19 fevral 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

Geri dön