Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulub

UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulub


Fevralın 25-də futbol üzrə UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə yekun vurulub.

İspaniyanın "Barselona"klubu İtaliyada "Napoli" ilə qarşılaşmada qalib gələrək (4:1) mərhələ adlayıb.

"Reyncers" isə Şotlandiyada Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə 2:2 hesablı heç-heçə edib. Nəticədə meydan sahibləri ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində səkkizdəbir finala yüksəlib.

"Betis" İspaniyada Rusiyanın "Zenit" klubu ilə qolsuz heç-heçə edərək, ilk qarşılaşmada 3:2 hesablı qələbə qazandığı üçün növbəti mərhələyə çıxıb.

"Braqa" Portuqaliyada Moldovanın "Şerif" klubuna 2:0 hesabı ilə qalib gəlib və nəticədə ümumi hesab bərabərləşib. Bununla da görüş əlavə vaxta uzanıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada İspaniyanın "Sevilya" klubunu qəbul edib. Görüş Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna ehtiyatda başlayan Emreli 62-ci dəqiqədə Bruno Petkoviçin yerinə meydana daxil olub. Qol da məhz 25 yaşlı forvardın meydana çıxmasından sonra vurulub. Matçın 65-ci dəqiqəsində Mislav Orşiç penaltidən fərqlənib.

Qələbəyə baxmayaraq, ilk görüşdə 1:3 hesabı ilə uduzan "Dinamo" mübarizəni dayandırıb. "Sevilya" isə adını səkkizdəbir finala yazdırıb. La Liqa təmsilçisi ilə yanaşı, İtaliyanın "Atalanta", Almaniyanın "Leyptsiq" və Portuqaliyanın "Portu" klubları da mərhələ adlayıblar.

Mərhələnin bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) - 1:0 (ilk oyun - 1:3);

"Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) - 0:3 (1:2);

"Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 1:3 (2:2);

"Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:2 (1:2);

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 2:4 (1:1);

"Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2 (4:2);

"Real Betis" (İspaniya) - "Zenit" (Rusiya) - 0:0 (3:2).

Geri dön