Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ukrayna səhiyyə naziri: Döyüş nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb
Ukrayna səhiyyə naziri: Döyüş nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb |
Rusiya Silahlı Qüvvələri ilə döyüş nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb.
Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat verib. Nazirin sözlərinə görə, tibb işçiləri fasiləsiz işləyirlər, təkcə cərrahi profillilər, travmatoloqlar, reanimatoloqlar yox, bütün həkimlər növbə çəkirlər. Hər kəs öz iş yerindədir, həm kommunal xəstəxanalar, həm də Səhiyyə Nazirliyinə, Milli Tibb Elmləri Akademiyasına tabe olan müəssisələr. Müəyyən özəl klinikalardan hazırlıq siqnalları var. "Biz əczaçılıq zavodları ilə, dərman distribütorları ilə işləyirik. Hamımız hazırıq, hər kəs dövləti müdafiə edir. Baş Qərargahın tibb bölməsi var, orada da Səhiyyə Nazirliyinin əməkdaşları çalışırlar. Biz daim koordinasiya yaradaraq bir-birimizə kömək edirik”, - deyə nazir vurğulayıb. Geri dön |