Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ərazisində 277 coğrafi ad erməniləşdirilib – SİYAHI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm > Azərbaycan ərazisində 277 coğrafi ad erməniləşdirilib – SİYAHI

Azərbaycan ərazisində 277 coğrafi ad erməniləşdirilib – SİYAHI


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməniləşdirilərək dəyişdirilməsinə dair geniş araşdırma aparıb.


Bu barədə institutun direktoru vəzifəsini icra edən Ramiz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən xarici işlər naziri Elmar Məmmədyarovun 27 dekabr 2011-ci il tarixli məktubuna cavab olaraq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yerləşən coğrafi adların erməni toponimləri ilə dəyişdirilməsinə dair araşdırmalar aparılıb və müəyyən edilib ki, Azərbaycan (türk) mənşəli toponimlər mərhələ – mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb: “Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən 277 coğrafi ad erməniləşdirilərək dəyişdirilib”.

R. Məmmədov deyib ki, Coğrafiya İnstitutunun bir qrup əməkdaşı tərəfindən Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərinin toponimiyasına aid Xəritəçəkmə və Torpaq Komitəsinin tərtib etdiyi siyahıdan istifadə etməklə də araşdırmalar aparılıb: “Müəyyən edilib ki, Ermənistan tərəfindən Azərbaycan (türk) toponimlərinin saxtakarlıqla dəyişdirilməsini və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib:

1. Azərbaycan (türk) mənşəli toponimlərin bütövlüklə erməni adları ilə əvəz edilməsi;

- Ağdam şəhəri - Akna; Akn; Hakaku;

- Xocalı şəhəri – İvanyan, Aigestan;

- Qubadlı şəhəri - Sanasar;

- Laçın şəhəri - Berdzor;

- Cəbrayıl şəhəri – Jrakan və s.

- Əhmədli kəndi – Xerik; Henk (Laçın ra-nu);



2. Keçmiş sovet dövründə dəyişdirilən bəzi toponimlərin erməni yazılış variantının saxlanılması;

- Xocavənd ş – Martuni ş;

- Xankəndi ş. - Stepanakert ş.

- Yuxarı Yemişcan k. - Verin Sznek к; Almalı k – Xındırıstan к.; Dağyurd k.- Saruşen k., (Xocalı r-nu).

- Ağbulaq k – Mısmına k. (Xocavənd r-nu)



3. İşğal altında olan ərazilərin toponimlərindən başqa respublikanın digər yer adlarına təcavüz edilərək təhrif edilməklə qismən dəyişdirilmiş toponimlər;

- Bərdə ş.- Partav ş;

- Gəncə ş. - Qandzak ş;

- Zod aşırımı – pereval Sotskiy;

- Şahvələdli k.- Şahveli k. (Daşkəsən r-nu);

- Muşavak k.- Muşavan (Daşkəsən r-nu).



4. Kаlka (hərfi tərcümə) nəticəsində dəyişdirilmiş adlar:

- Ağbulaq k. – Aknaxbyur k. (Xocavənd r-nu);

- Naxçıvanlı k.- Navsepavan k. (Xocalı r-nu);

- Böyük Tağlar k. – Mets Tağlar k. (Xocavənd r-nu);

- Çaykənd k. – Getaşen k. (Daşkəsən r-nu) və s.



5. Bəzi fonetik dəyişdirilməyə məruz qalmaqla hazırda mövcud olduğu kimi saxlanılan toponimlər;

- Gurzallar k. – Gurzalar k; - Buzluq k.- Buzuq k. (Goranboy r-nu);

- Vəngli k.- Vank k. (Kəlbəcər r-nu) və s”.



İnstitut direktorunun sözlərinə görə, aşkar edilən faktlar bir daha sübut edir ki, Azərbaycan (türk) mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalı, müntəzəm olaraq saytlarda Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməli və onların sıradan çıxarılmasına qarşı müntəzəm olaraq tədbirlər görülməlidir.



AZƏRBAYCANIN İŞĞAL ALTINDA OLAN ƏRAZİLƏRİNİN TOPONİMİYASINA QARŞI ERMƏNİSTANIN TƏCAVÜZÜ

Geri dön