Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Deputat: Moskva Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə uyğundur
Deputat: Moskva Bəyannaməsi Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə uyğundur |
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada siyasi və iqtisadi nüfuzu artmaqdadır. Hazırda dünyada hökm sürən mürəkkəb siyasi münasibətlər, yeni çağırışlar göstərir ki, Azərbaycanın apardığı daxili və xarici siyasəti dövlətin strateji məqsədlərinə uyğundur. Qoşulmama Hərəkatı kimi nəhəng təşkilata sədrlik edən Azərbaycan tam neytral, öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür.
Ötən il Şuşada Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi, eyni zamanda, bir neçə gün əvvəl Moskvada imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bunun əyani təzahürləridir. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib. Deputat qeyd edib ki, hər bir ölkə kimi, Azərbaycan da öz təhlükəsizliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində səylə çalışır və bunu milli maraqlarına uyğun olaraq həyata keçirir. Elə Moskvada imzalanan Bəyannamənin də bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur. Sənədə əsasən, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına, müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə, öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa dair öhdəlik götürür. Bu məsələlər çox vacib amillərdir və hazırki qlobal vəziyyətdə mühüm əhəmiyyət daşıyır. A.Vəliyev söyləyib ki, Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Həmçinin Türkiyə və Rusiya ilə müttəfiqlik bəyannamələrinin imzalanması Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyətə tam uyğundur. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin mühüm tarixi sənəd olduğunu bildirən deputat qeyd edib ki, Prezident İlham Əliyev də bu sənədin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb”. Bu, bir daha göstərir ki, Azərbaycan bütün qonşuları ilə yüksək səviyyəli münasibətlər qurmaqda maraqlıdır. A.Vəliyev vurğulayıb ki, Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Bütün güc mərkəzləri və qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Şuşa və Moskva bəyannamələri ilə Azərbaycan iki qüdrətli qonşusu – Türkiyə və Rusiya ilə müttəfiq olur, Aİ ilə saziş imzalamağa hazırlaşır. Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb. Bu isə güc, bacarıq, məharətli diplomatiya tələb edir. Azərbaycan bütün bu istiqamətlərdə uğurla irəliləməsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyinin nəticəsidir. Geri dön |