Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Xocalı həqiqətləri Çin dilində
Xocalı həqiqətləri Çin dilində |
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-dan bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Konfutsi İnstitutunun direktoru Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlərdən, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasından danışıb. O, qanlı Xocalı hadisələri barədə həqiqətlərin dünyada yayılmasının, faciənin soyqırımı kimi tanınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Çində ADU-nun tələbələri Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlər görürlər. Tədbirdə çıxış edən ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xatırladıb ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə 613 Xocalı sakini qətlə yetirilib, o cümlədən 63 uşaq, 106 qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Bu dəhşətli hadisələrin Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olduğu da diqqətə çatdırılıb. Universitetin şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi Vahid Əlioğlu diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini intensivləşdirməlidir. O, Xocalı soyqırımı qətnamələrinin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarında qəbul olunmasının əhəmiyyətini diqqətə çatdırıb. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə fikirlərini bildiriblər. Tələbələr Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin dilində qeyd ediblər. Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər nümayiş olunub. Geri dön |