Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Kitabxanada “Khojaly tragedy – 30” adlı ingilis dilində fotosərgi açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Milli Kitabxanada “Khojaly tragedy – 30” adlı ingilis dilində fotosərgi açılıb

Milli Kitabxanada “Khojaly tragedy – 30” adlı ingilis dilində fotosərgi açılıb


Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Milli Kitabxanasında Xocalı qətliamı ilə bağlı “Khojaly tragedy – 30” adlı ingilis dilində fotosərgi açılıb.

Kitabxanadan bildirilib ki, fotosərgidə ingilis dilində Azərbaycanın görkəmli şəxsiyyətlərinin Xocalı soyqırımı haqqında fikirləri, Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur. Təqdim olunan fotosərginin ingilis dilində hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini erməni qəsbkarlarının törətdiyi cinayətlər barədə məlumatlandırmaqdır.

Xocalı faciəsi kimi, kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır.

Fotosərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Khojaly_tragedy_30/index.htm linkindən istifadə edə bilərlər.

Geri dön