Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Amerika və NATO öz istəyinə çataraq Rusiyanı Ukrayna bataqlığına çəkdi”
Fərəc Quliyev: “Amerika və NATO öz istəyinə çataraq Rusiyanı Ukrayna bataqlığına çəkdi” |
“Bu, əslində böyük güclərin yeni dünya düzəni yaratmaq uğrunda savaşıdır. Hətta ehtimallara görə Amerika və Rusiya bəzi məsələlərdə anlaşıblar. Çünki bir müddət əvvəl Amerika tərəfindən belə bir fikir səslənmişdi ki, biz Ukraynanı nəzarət etdiyi ərazilərin tərkibində dəstəkləyirik”.
Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Rusiya-Ukrayna gərginliyi ilə bağlı Musavat.com-a açıqlamasında bildirib. Partiya sədri qeyd edib ki, Ukrayna indi nə olursa olsun, öz hesabına, gücünə də olsa mübarizə aparmalıdır: “Çünki Ukrayna 2014-cü ildəki Ukrayna deyil və mübarizə apararsa bütövlükdə qalib gələ bilər. Ola bilər ki, qısa müddətdə ağır zərbələr alsın, amma Rusiya işğal etdiyi yerlərdə sülh üstündə otura bilməz. Bir daha qeyd edim ki, əslində, müəyyən məsələlər böyük güclər tərəfindən anlaşılıb. Amerikaya ikiqütblü dünya lazımdır və digər qütbdə Rusiyanın olması nəzərdə tutulur. Rusiya da bir çox məqamlarda geriyə çəkilərək, Amerikanın mövqeyini tanıyır. Hesab edirəm ki, bəzi lokal savaşlardan sonra bu məsələ səngiyəcək və 3-cü dünya savaşına çevrilməyəcək”. Partiya sədrinin sözlərinə görə Rusiyaya tətbiq olunan sanksiyalar öz təsirini göstərəcək: “Əslində, sanksiyalardan əvvəl də Rusiyanın vəziyyəti çox pisdir. Aylardır 100 minlik ordunu orada saxlamaq və gün ərzində hər əsgərə 15-20 dollar civarında pul xərcləmək böyük vəsait tələb edir. Düşünürəm ki, Amerika və NATO öz istəklərinə çataraq Rusiyanı Ukrayna bataqlığına çəkdi. Necə ki, SSRİ-ni müəyyən bataqlıqlara çəkib sonda çökdürmüşdülər, eləcə də bu, Rusiyada baş verəcək. Dünənə qədər Putin SSRİ nostaljisi ilə yaşayırdı, lakin son çıxışlarında Rusiyanın qorunmasından danışır, “yaxın sərhədlərimizdə NATO yerləşərsə, bu bıçağın qırtlağa dirənməsi deməkdir” ifadələrini işlədirdi. Və yaxud Azərbaycan prezidenti ilə birgə keçirdiyi son brifinqdə də demişdi ki, biz imperiyanı bərpa etmək istəmirik və sairə. Yəni bilirik ki, hazırda Rusiyanın vəziyyəti, iqtisadi durumu son dərəcədə pisdir. Artıq kiçik sanksiyalardan sonra rubl öz dəyərini kifayət qədər itirməyə başlayıb, birjalarda vəziyyət bərbaddır. Düşünürəm ki, bundan sonra da sanksiyalar tətbiq olunsa, Rusiyanın iqtisadiyyatı alt-üst olacaq”. Xalidə Gəray/Musavat.com Geri dön |