Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev > MDHP-nin Xocalı Soyqırımı ilə bağlı Beynəlxalq təşkilatlara və səfirliklərə göndərdiyi BƏYANAT
MDHP-nin Xocalı Soyqırımı ilə bağlı Beynəlxalq təşkilatlara və səfirliklərə göndərdiyi BƏYANAT |
Milli Dirçəliş Hərəkatı Partiyasının Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı BƏYƏNATI Çağdaş dünyamızda bir şəhərin əhalisinin yalnız mənsub olduğu soykökə görə məhv edilməsi faciəsinin insan və millət haqqlarına məsul dünya birlikləri tərəfindən susqunluqla qarşılanması həmin təsisatların fəaliyyəti üçün bir qara ləkədir. 1992-ci il 26 fevral tarixində Ermənistan tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı yalnız mənsub olduqları soya görə tətbiq edilmiş soyqırım nəticəsində 613 nəfərin qətlə yetirilməsi, 487 nəfərin yaralanması, 150 nəfərin itkin düşüb, 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən xain təcavüzə bugünə qədər hüquqi qiymətin verilməməsinin heç bir əsaslandırması yoxdur. Yerevana tabe olan qanuni ordu birləşmələrinin və Rusiyanın 366-cı alayının birlikdə törətdiyi soyqırımın çağdaş dünya ictimaiyyətinin gözləri önündə baş verməsi və bu illər ərzində bütün beynəlxalq təsisatlara edilmiş saysız müraciətlərin nəticəsiz qalması bizdə dərin hiddət doğurur. Baş vermiş hadisə Ermənistan dövləti tərəfindən həyata keçirilən bəşəri cinayətdir ki, bu cinayətə imza atan Ermənistan dövlət və ordu rəhbərlikləri dəfələrlə öz əməllərini etiraf ediblər. Bir daha bildiririk ki, Xocalıda Azərbaycanlılara qarşı törədilən soyqırımın dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən layiqli cavablandırılmaması ən pis pressedent oldu. Dünyanın müxtəlif yerlərində Ermənistan kimi faşist rejimlər ruhlandı. Beynəlxalq təşkilatlara və ölkəmizdə fəaliyyət göstərən səfirliklərə ünvanladığımız bu bəyanatda bir daha beynəlxalq təşkilatları və dövlətləri beynəlxalq hüquq və normalara uyğun olaraq, Xocalıda törədilmiş soyqırımı rəsmən tanımağa, bu bəşəri cinayətdə iştirakı olanların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımcı olmağa və 26 Fevral tarixində Xocalı Soyqırımı qurbanlarının xatirəsini anmağa çağırırıq! Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat xidməti Geri dön |