Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk həmrəyliyinin başlandığı yer II HİSSƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türk həmrəyliyinin başlandığı yer II HİSSƏ

Türk həmrəyliyinin başlandığı yer II HİSSƏ


“Turan şəhəri, türk xalqlarının tarixi-etnik, dil və mədəni mərkəzi kimi fəaliyyət göstərəcək”

“SSRİ-ni də dağıdan elə slavyanların özü olub”



- Bu ona gətirib çıxarmırmı ki, İran İslam dövləti deyil? Konkret olaraq, İranda İslam yoxdur. Axı, İslam dini bunların heç birini qəbul edəcək bir din deyil?
- Qurani-Kərimin altmış səkkizinci surəsində belə deyilir; “Allah-Taala Quranı ərəb millətinə yox, Məhəmməd peyğəmbər Əleyhissalama göndərdi. Və Allah Quranı ona göndərəndə Məhəmmədin hansı millətdən olduğunu nəzərə almadı”. Ərəblərin İslam dinini özəlləşdirməyə heç bir hüquqi və fəlsəfi haqqları yoxdur.
O cümlədən də farsların orada hegemoniyanı özəlləşdirməsi. Bu, çox absurd bir şeydir. Qurani-Kərimin, ümumiyyətlə müsəlmançılığın heç bir millətçilik və millətlərarası münasibətlərlə bağlılığı yoxdur. Qurani-Kərimin “Əl-İnnas” surəsində deyildiyi kimi, “bütün müsəlmanlar biri-birinə qardaşdır və eyni bərabərlik hüququna malikdir”. İranda isə fars şovinizmi bundan faydalanır. İslam hümbəti anlayışını ortaya atıb millət məsələsini ortadan qaldırmağa çalışaraq hamını İslam hümmətinə mənsub kimi qələmə verir və irqçilklə mübarizə aparan millətlərin öz millətinə mənsub olmağını inkar edir. Şübhəsiz ki, fars dili orada əsas dövlət dilidir. Eyni zamanda guya Qurani-Kərimin qarfikasıdır və bütün müsəlmanlar da bu qrafikadan istifadə etməlidir. Yəni, bu Azərbaycan türklərinin milli azadlıq mübarizəsi hərəkatını heçə endirmək məqsədi güdür. Millət söhbətini aradan qaldıraraq yeganə fars milləti İranın əsas millətidir prinsipinə əməl edilir. Fars dili dövlət dili və İranda yaşayan milli qruplar arasında anlaşm, iş çözülmə dili kimi qəbul edilir. Yəni, İranın siyasətinin aparılmasında və nəticəsində, bizim millətə eyni zamanda Turana qarşı tarixən apardığı mübarizələrin yeni təzahürü durur.
Qazaxıstanın paytaxtı Astanada keçirilən böyük bir tədbirdə, Türk Xalqları Ümumdünya Assambleyasının 1-ci vitse-prezidenti kimi çıxışımda Azərbaycanın Güney hissəsi və Şimal hissəsi kimi ifadələr işlətdim. Həmkarlarım da məni başa düşüb ondan sonra həm Orta Asiyada, Türk dünyasında, Azərbaycanımızda da bunun daha düzgün olduğu qənaətinə gəliblər. Bütöv Azərbaycan ideyası bizim hər kəlməmizdə ifadə olunmalıdır. Bilirsinizmi, yəhudilər, min il bundan əvvəl vətənlərini itirəndə bir-birlərinə “Şolome Sail” yəni “İsrail, salam”, sağollaşanda isə “Qüdsdə görüşənədək” deyirdilər. Bu min il yəhudi xalqının beynində həkk olunub, tərbiyə formasını alıb və hər kəsdə bir vəhdət yaranıb ki, bizim vətənimiz var, biz ora qayıtmalıyıq. Pis olmazdı ki, biz də sağollaşanda deyəydik ki, “Zəngəzurda görüşənədək!”. Çatdırmaq istədiyim, bunun özünün tərbiyəvi əhəmiyyətinin yüksək olmasıdır. Ermənilər onlara məxsus olmayan yerlərin adlarını dəyişir, mədəniyyətimizi sahiblənir, amma biz öz haqqımızı, öz coğrafi anlayışımızı, özü də bizə məxsus olan torpaq ərazisini də adla deməkdən vaz keçirik. Hətta bir-birimizə hardansan deyə soruşa, təhqiramiz, “yeraz”, “qraz” kimi ifadələr işlədə bilirik. Bu, çox biabırçı bir məsələdir.

-Yəhya bəy, Turan anlayışı həqiqətdir deyirsiz amma türkdilli terminini yadırğayırsız...
-bəli, Turan anlayışı həqiqətdir, mən yalnız türkdilli termininə qarşı çıxıram. Çünki türkdilli deyəndə bu ifadə nə tarixi, nə də fəlsəfi nöqteyi-nəzərdən düzgün deyil. Axı bizi təkcə dil deyil, tarix, adət-ənənə, ərazi bütövlüyü, din birləşdirir. Biz bir-birimizə Türk xalqı deməliyik. Türkdilli - tariximizin müəyyən etapında türk dilini ana dili kimi qəbul edənlərə deyilir. Misalçün; Məhsəti türkləri, hansı ki, gürcüdülər amma türk dilini qəbul ediblər. Trakiya türkləri, eynilə. Bosna əsillilər və s. Biz türkdilli deyil, türkük. Türk Xalqlarının Ümumdünya Assambleyası hal-hazırda özündə qırx bir xalqı birləşdirir, Osmanlı Türkləri 80 mln, Azərbaycan türkləri 60 mln. Qazax türkləri 12 mln. lap kiçik türk xalqı-Çulumlar 1300 nəfərdir, 5 min. malkilərdir, lap kiçik millət 820 nəfərdir ki, onu 42-ci xalq olaraq biz vahid etnosa daxil etmişik. Turan anlayışı budur.

-Yəhya bəy, bütün bunlar çox gözəldir. Bəs ortaq Türk dili necə? Artıq formalaşırmı? Formalaşırsa bunun üçün hansı addımlar atılır?
-Dil məsələsi çox qəlizdir. Mən özüm ortaq türk dili tərəfdarıyam. Eyni zamanda otuz dörd hərfdən ibarət, latın qrafikası əsasında türk əlifbasını hazırlamışam. “Turan Mübarizi” kitabımda o əlifbanı vermişəm. Mən hesab edirəm ki, bunun tarixi aspekti var. Bir sıra alimlər iddia edirlər ki, Oğuz ləhcəsi ortaq türk dilinin əsası olmalıdır. Əsas olaraq isə Türk dünyasının yarısının Oğuz ləhcəsində danışdığını götürürlər. Mən bunun əleyhinəyəm. Çünki, bu , tarixdə mövcud olub. Ruslar SSRİ-də 180 milyon olmaqlarına baxmayaraq rus dili Rusiyada yaşayan digər xalqların, hətta slavyanların arasında ortaq dil kimi qəbul etdirilə bilməyib, əksinə SSRİ-ni də dağıdan elə slavyanların özü olub. Ukraynalılar, belaruslar yığışaraq bir yerdə yaşamaqlarının daha mümkün olmadığını bəyan edib ayrıldılar. Tarixdə bu olub. Ona görə də bir böyük qardaşdan qurtulub o biri böyük qardaşın qucağına girmək çox yanlış olar. Düşünürəm ki, hətta ən kiçik xalq olan Çulum xalqının dilindən də sözlər götürüb ortaq türk dilinə əlavə etmək lazımdır. Köhnə türk dili onlarda daha çox qalıb.

Bir az tarixə qayıdaq: 1206-cı ildə Çingiz Xan Maykı Bi-ni (“bi” qıpçaqcada “bəy”) çağıraraq iki ay müddətində onun imperiyasının dilini yaratmağı əmr edir. Maykı Bi axşam Çingiz xanın alaçığına gəlib əlifbanın hazır olduğunu bildirir. Çingiz xan baxır ki, onun əlifba deyə hazırladığı Mahmud Kaşğarinin lüğətidir. Maykı Bi başqa Türk dilinin olmadığını iddia edir. Çingiz xan 1206-cı ildə onu dövlətinin dili kimi elan edir.

Ortaq Türk dilinin 75%-i artıq hazırdır. Amma bəzi sözlər var ki, biz ondan qurtulmalıyıq. Məs; Azərbaycan dilindəki fars mənşəli rəis sözü, qazaxlarda “bakkan”, özbəklər və türklərdə “bakan”dır. Yəni bu işə baxan. Və ya türklərdəki “mərhəba”, ərəb sözü, “randevu yapaq”, “”randevü” fransız sözüdür.

Ortaq dilimizin əlifbası da var, bu istiqamətdə bir neçə layihələr də təklif olunub. Bu layihələrdən biri də mənimdir. Krım tatarları, eləcə də Qaqauzlar layihə təqdim edib, hansının qəbul olunacağı isə sual altındadır.

-Azərbaycanda sizin Oljas Suleymenovla dostluğunuzdan çox danışılır...
-1990-cı ildə Oljas Süleymenov başda olmaqla biz akademik Sultanmurad, Germentay, Fanil Fayzulin Moskva şəhərində yığışaraq Türk Xalqları Ümumdünya Assambleyasını təsis etdik. Lakin artıq yeddi-səkkiz ildir ki, Oljas Süleymenov bizim fəxri prezidentimizdir, akademik Yermentay Sultanmurad prezident, mən isə 1-ci vitse prezidentəm. Məndən sonra isə üç vitse-prezident gəlir.

-Yəhya bəy, qürur duyulası haldır ki, belə bir şəhər salınır. Bizə bir az Turanımızdan bəhs edərsizmi?
-1998-ci ildə Daşkəndlə Çimkənd şəhəri arasında Turan şəhərinin tikilişinə başladıq. Hal-hazırda iki binası, Turan TV binası və İclaslar salonu artıq hazırdır. Şəhər özü isə hesab edirəm ki, mart ayında tamamlanacaq və may ayında o şəhərin açılışı olacaq. Mən sizin hamınızı ora dəvət edirəm və arzu edirəm ki, orada da məndən intervyu alasınız. Turan şəhəri, Türk xalqlarının tarixi-etnik, dil və mədəni mərkəzi kimi fəaliyyət göstərəcək. Bütün Türk dünyasına aid tədbirlər orada keçiriləcək, o şəhəri hamı tanıyacaq. O Seul-Amsterdam avtobalın üstündə, Çimkənd şəhərinə 30 km məsafədə, Daşkənd şəhərinin altmış km-dir. Yəni bir neçə Türk dövlətinin arasındadır. Gələcəkdə orada Türk dünyasının ən görkəmli qəhrəmanlarının portretləri, heykəlləri, hətta Fəxri Xiyabanı belə olacaq. Mən təklif elədim ki, türk dünyasının ən görkəmli oğullarının da məzarları orda dəfn olunsun.

Turan birliyi bərpa olunandan sonra siyasət öz-özünə gələcək. Türk dünyası böyük mənəvi inqilabdır. Bizim Nizami, Fizulimiz, Abayımız, Koblandımız, Nəvaimiz, Nazim Hikmətimiz var. Türk dünyası digər mədəniyyətlərə söz meydanı da oxumağa qadirdir.

-Yəhya bəy, ölkəmiz ötənlərdə Müstəqillik Gününü qeyd etdi. İcazə verin, gec də olsa bu münasibətlə haqqı çatan hər kəsi olduğu kimi, sizi də təbrik edim.
-Mən də sizi müstəqillik bayramı münasibətilə təbrik edirəm. Bu, bütün Türk dünyasının bayramıdır. Çünki Bakı, Azərbaycan həmişə türkçülüyün, turançılığın mərkəzi olub. İlk dram, ilk opera bizdə yaranıb. Mən özüm müstəqillik yolunda iştirak etmişəm, 1990-cı ildə digər türklərdən ibarət Orta Asiya batalyonunu yığaraq Qarabağ müharibəsində vuruşmuşam. Altı şəhidimiz olub, iki dəfə yaralanmışam. Azərbaycanımızın, Türk dünyasının bir hissəsi olaraq uğrunda mübarizə aparmaq, mənim üçün böyük şərəf və ləyaqətimin, ləyaqətimizin qorunması demək idi.

İstərdim ki, biz Oğuzlar, həmişə ön cərgədə gedək. Çünki, bu bizim tarixi missiyamızdır. Eyni zamanda, bu qayıdışı Orta Asiya türklərinə, Qazaxıstan türklərinə və digərlərinə aparıb çatdırmaq, onları dirçəltmək, Türk sivilizasiyasını bərpa etmək biz Azərbaycan türklərinin ən ali məqsəd və arzusudur.

Söhbətləşdi: Nigar İsfəndiyarqızı


Geri dön