Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib


Fevralın 28-də Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Universitetdən bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov bu gün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı ölkəmizin gələcək inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirib. Minlərlə azərbaycanlı gəncin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasını təmin edəcək bu dövlət sənədinin strateji əhəmiyyətindən bəhs edən rektor bu münasibətlə universitetin bütün kollektiv üzvləri adından ölkə başçısına dərin minnətdarlığını bildirib və MDU-nun gənc əməkdaşlarını, tələbə və magistrantlarını bu Dövlət Proqramından faydalanmağa çağırıb.

Sonra gündəlikdə dayanan məsələlər diqqətə çatdırılıb.

İclasın gündəliyinə uyğun olaraq, “2021/2022-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında” hesabat dinlənilib. MDU-nun tədris şöbəsinin müdiri Ü.Zeynalov tərəfindən təqdim olunan hesabatda mövcud normativ sənədlər əsasında əyani formada təşkil edilmiş payız imtahan sessiyasının fakültələr, kafedralar və ixtisaslar üzrə nəticələri barədə məlumatlar öz əksini tapıb. Əvvəlki dövrlərlə müqayisədə cari imtahan sessiyasında müxtəlif göstəricilər üzrə yeni müsbət meyillərin müşahidə olunduğu diqqətə çatdırılıb, daxil olan apellyasiya müraciətlərinə vaxtında və obyektiv baxıldığı bildirilib. Təhsil alanlar və akademik heyət üzvləri arasında aparılan sorğuların nəticələrinə əsasən imtahan prosesinin təşkilindən, gedişatından, biliyin qiymətləndirilməsi üçün yaradılmış şəffaf mexanizmdən, müəllim və tələbələrə münasibətdə tətbiq edilən həssas yanaşmadan yüksək məmnunluğun ifadə edildiyi qeyd olunub.

Müzakirələrdən sonra hesabatın əsas məqsədlərindən birinin gələcəkdə atılacaq addımların müəyyən edilməsi olduğunu diqqətə çatdıran rektor hazırda tədris prosesinin keyfiyyətinin davamlı yüksəldilməsinin vacibliyini vurğulayıb, müsbət meyillərin daha da möhkəmləndirilməsi və cari çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonra İqtisadiyyat fakültəsinin dekanı N.Qədimli “İqtisadiyyat və idarəetmə fakültəsinin fəaliyyəti haqqında” hesabat təqdim edib. Hesabatda ötən dövr ərzində fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və tələbələrlə işin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Növbəti dövr üçün qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Müzakirələrdən sonra rektor Ş.Bayramov gələcək dövrdə fakültəyə qəbul olan tələbələr arasında yüksək bal toplayanların sayının çoxalması, akademik heyət üzvlərinin hər nəfərinə düşən məqalə sayının artırılması, müəllimlərin yeni dərslik, dərs vəsaiti və proqramların hazırlanması prosesinə daha fəal cəlb edilməsi, məzunlarla işin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı müvafiq göstərişlərini verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Cari məsələlərin müzakirəsi ilə davam edən Elmi Şuranın iclasında “Mingəçevir Dövlət Universitetinin Elmi Metodik Şurası haqqında Əsasnamə” layihəsi qəbul edilərək təsdiq olunu

Geri dön