Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Bakıda Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub
Bakıda Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunub |
Martın 1-də Azərbaycanla Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan rəsmi qəbul keçirili
Əvvəlcə Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar qazanıldığını vurğulayıb. Diplomat Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirib, ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrinin inkişaf etdiyini deyib. Qeyd edilib ki, Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. Hazırda Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu deyən səfir hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Diqqətə çatdırıb ölkələrimiz beynəlxalq hüququn norma və prinsiplərinə eyni tərzdə yanaşır. Azərbaycan və Serbiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi kimi təməl prinsiplərə və dəyərlərə sadiqdir. Son illərdə hər iki ölkə arasında, xüsusilə iqtisadi-ticari sahədə ciddi irəliləyişlər əldə olunub. Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya və Azərbaycanın çox yaxın dost ölkələr olduqlarını bildirib. Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyən nazir vurğulayıb ki, bu əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. Bildirilib ki, siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəlir. Ölkə rəsmilərinin səmərəli müzakirələri, eləcə də əldə edilən razılaşmaları iki dövlət arasında iqtisadi-ticari əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə imkan verir. Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildikdən bu günədək orada bərpa və quruculuq işləri aparılır. Serbiya şirkətləri də bu işə töhfə verməkdə maraqlıdır. S.Babayev diqqətə çatdırıb ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcək. Rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Geri dön |