Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Fransa-Azərbaycan İcması ölkə parlamentarilərini Xocalı soyqırımını tanımağa çağırıb
Fransa-Azərbaycan İcması ölkə parlamentarilərini Xocalı soyqırımını tanımağa çağırıb |
Fransa-Azərbaycan İcması Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Fransa parlamentinin üzvlərinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) bildiriblər ki, Fransa-Azərbaycan Dialoq Assosiasiyası, “Ulduz” Mədəniyyət Dərnəyi, “ALİM” Elmi Birliyi, Fransa-Azərbaycan Gənclər Assosiasiyası, Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycanlı Tələbələr Assosiasiyası və Fransa-Azərbaycan İcması adından fransız parlamentarilərə ünvanlanan məktubda Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı həqiqətləri barədə ətraflı məlumat verilib. Müraciətin müəllifləri fransız deputatları erməni silahlı dəstələrinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımını tanımağa çağırıblar. Bildirilib ki, neytrallıq qurbana deyil, zalıma kömək edir, susmaq isə məzlumu deyil, zülmkarı həvəsləndirir. Avropa qitəsində başlanan hadisələr bir daha xatırladır ki, insanlar əzab-əziyyətə, təhqirlərə dözəndə Fransa susmamalıdır. Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı əsl soyqırımı törədilib. Sağ qalan 2213 nəfərin ifadələri, 800-ə yaxın ekspert rəyi, eləcə də müxtəlif mənbələrdən əldə edilən bütün məlumatlar göstərir ki, ermənilərin Xocalıda mövcudluğu sadə bir ərazi işğalı ilə məhdudlaşmayıb. “Xocalıda baş verənlər bir çox beynəlxalq müqavilələri, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını, BMT-nin Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını, Mülki şəxslərin və Siyasətçilərin Hüquqları Konvensiyasını, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya digər cinayətlərə qarşı Konvensiyanı kobudcasına pozur. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarına əsasən, Xocalı qətliamı müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlərin sinonimidir. Üstəlik, 2012-ci il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib”, - deyə müraciətdə vurğulanıb. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bu cür vəhşiliklərə və qanun pozuntularına hiddətlərini bildirən müraciət müəllifləri fransız deputatları Xocalı soyqırımına laqeyd qalmamağa səsləyərək qeyd ediblər: “Ümid edirik ki, bu məktub sizi biganə qoymayacaq, ədalətin və beynəlxalq hüququn qorunmasının zəruriliyinə inandıracaq. Odur ki, bütün Fransa-Azərbaycan icması adından Xocalı cinayətini soyqırımı kimi tanımağınızı xahiş edirik. Ümid edək ki, belə cinayətlər, bu cür vəhşiliklər başqa yerdə və heç kimlə təkrarlanmasın”. Geri dön |