Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Deputat: “Avropa yaxşı olsaydı, Depardye Rusiyaya köçməzdi”
Deputat: “Avropa yaxşı olsaydı, Depardye Rusiyaya köçməzdi” |
Yevda Abramov: “Postsovet ölkələrini insan haqlarını pozmaqda ittiham edən ölkələrdə vəziyyət daha acınacaqlıdır”
“Bəzi qərb dövlətlərinin və beynəlxalq təşkilatların Azərbaycan və digər ölkələr haqqında hazırladıqları hesabatlar saxta və qərəzlidir. Həmin ölkələrin özlərində insan hüquqları pozulduğu halda, onlar digər dövlətləri anti-demokartik üsul-idarəetmə yaratmaqda ittiham edirlər”. Bu sözləri öz açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov söyləyib. Xatırladaq ki, son dövrlər qərb dövlətləri tərəfindən maliyyələşən və “erməni lobbi”sinin diqtəsi ilə oturub-duran bəzi beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti haqqında çoxsaylı hesabatlar yayırlar. Azərbaycanda insan haqlarının pozulduğu, mülkiyyət hüquqlarına etinasız yanaşıldığı və ciddi korrupsiya hallarına yol verildiyi əks olunan hesabatlar müxalifət düşərgəsi və onlara yaxın mətbuat orqanları tərəfindən “qələbə” kimi ictimaiyyətə təqdim olunur. Millət vəkili Yevda Abramov hesab edir ki, Avropada son illər insan haqlarına daha çox etinasız yanaşılır və bu səbəbdən Avropanın siması sayılan nüfuzlu şəxslər bu ölkələrdə yaşamaqdan imtina edirlər: “Dünya şöhrətli fransız aktyoru Jerar Depardye Fransa vətəndaşlığından imtina edərək, Rusiya vətəndaşlığını qəbul etdi. Onun bu addımından sonra digər nüfuzlu fransızlar da oxşar qərar verəcəklərini bəyan etdilər. Ümumiyyətlə son illər Avropa ölkələrində bu kimi hallar adi normaya çevrilib. Əgər Avropa yaxşı olsaydı, Depardye Rusiyaya köçməzdi. Qəribə bir vəziyyət yaranıb. Postsovet ölkələrini qeyri-demokratik üsul-idarəetmədə ittiham edən ölkələrin vətəndaşları həmin ölkələrdən postsovet ölkələrinə mühacirət edirlər. Bütün bunlar bir daha göstərir ki, MDB dövlətlərini insan haqlarını pozmaqda ittiham edən ölkələrdə vəziyyət daha acınacaqlıdır”. Azərbaycan müxalifətinin bu cür hesabatlara həssas yanaşmasını təbii sayan Y.Abramov onların bu yolla üstünlük qazanmaq niyyətində olduqlarını bildirdi: “Müxalifət liderləri indiyə qədər başa düşmürlər ki, dünya siyasətində qaydalar fərqlidir. Dünya hegemonlarının zəiflərlə işi olmur. Azərbaycanın son illər qazandığı ciddi uğurlar, Cənab Prezident İlham Əliyevin beynəlxalq arenada nüfuzu qərb dairələrini narahat etdiyindən onlar bu yolla ölkəmizə təzyiq göstərməyə çalışırlar. Amma təcrübədə bu kimi halların işə yaramadığını da çox görmüşük”. Azər Niftiyev, Editor.az Geri dön |