Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Ukraynada baş verənlər dünyanın bütün güclərinin savaşıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Ukraynada baş verənlər dünyanın bütün güclərinin savaşıdır

Fərəc Quliyev:Ukraynada baş verənlər dünyanın bütün güclərinin savaşıdır


Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti bütün dünya tərəfindən birmənalı şəkildə qınanılır.

Hər bir ölkə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, işğalın yolverilməz olduğunu bəyan edir. Amma bir sıra məsələlərdə ölkələrin fərqli mövqeyi var.

Bəs Azərbaycanın bu proseslərdə tutduğu mövqe necədir?

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Eyni zamanda, Ukrayna dəstək üçün hümanitar yardım göndərib. Azərbaycan Rusiya ilə də müttəfiqdir və ötən həftə iki ölkə “Moskva Bəyannaməsi” imzalayıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, Ukraynada baş verənlər dünyanın bütün güclərinin savaşıdır:

“Ukraynadan başqa hər bir güc öz mənafeyini düşünür. Heç kim Ukraynanın belə dirəniş göstərəcəyini gözləmirdi. Deyirdim ki, Ukrayna tək qalsa belə, ciddi müqavimət göstərəcək, Rusiyanın udacağı da bəlli deyil.

Ukrayna çox iradəli mövqe qoydu, ona görə də baxışlar dəyişdi. Əvvəl NATO-nun, Qərbin, Avropanın fərqli düşüncələri vardısa, Ukraynanın fərqli davranışından sonra düşüncələr dəyişdi. Amma Azərbaycan ilk andan çox dürüst mövqe tutdu. Prezident İlham Əliyevin Ukraynaya getməsi, sonra vasitəçilik təklifi, Moskva görüşü çox yerində addımlar idi.

Azərbaycanın Rusiya ilə müqavilə bağlamasına təpkilər var idi. Hesab edirəm ki, hər bir dövlət, o cümlədən Azərbaycan qarışıq dövrdə özünü sığortalamalı və qorumalıdır. Azərbaycan tərəf olmaq istəmir.

Məsələn, Türkiyə deyir ki, biz nə Ukraynadan, nə də Rusiyadan vaz keçməyəcəyik. Sadəcə olaraq, bölgədə barışın olmasını istəyirik. Azərbaycanın da istəkləri budur. Amma Azərbaycan Ukraynanın haqlı olduğunu rəsmi şəkildə bəyan edir, hümanitar yardımlar edir. Beynəlxalq təşkilatlarda Ukraynanı müdafiə edirik. Ukrayna tərəfi də bundan kifayət qədər məmundur. Hesab edirəm ki, ölkəmizin varlığını, təhdidlərə məruz qalmamasını təmin edərək ədalətin yanında olmalıyıq. Hazırkı vəziyyət bunu tələb edir. Biz Ukraynanı müdafiə etməliyik, amma bu ölçüləri nəzərə almaq şərti ilə addım atmaq lazımdır”.

Vilayət Muxtar/Cebhe.info

Geri dön