Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜST: COVİD-19 xəstəliyi insanlarda narahatlıq və depressiya hallarının 25 faiz artmasına səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ÜST: COVİD-19 xəstəliyi insanlarda narahatlıq və depressiya hallarının 25 faiz artmasına səbəb olub

ÜST: COVİD-19 xəstəliyi insanlarda narahatlıq və depressiya hallarının 25 faiz artmasına səbəb olub


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 pandemiyasının insanlarda narahatlıq və depressiya hallarının 25 faiz artmasına səbəb olduğunu açıqlayıb

Anadolu agentliyinə istinadla xəbər verir ki, qurumun dərc etdiyi hesabatda epidemiyanın psixoloji xəstəliklərə təsiri araşdırılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, epidemiya gənclərin psixi sağlamlığına mənfi təsir göstərib və gənc yaş qrupunda intihar meyllərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Epidemiyanın təsiri ilə qadınlar kişilərə nisbətən daha çox mənəvi sarsıntı keçiriblər və astma, xərçəng və ürək xəstəliyi olanların COVID-19-a yoluxması riski çox yüksək olub.

Pandemiya ilə mübarizə aparan və gərgin iş rejimində işləyən tibb işçiləri arasında intihara meyillər daha çox özünü büruzə verib.

ÜST-nin baş direktoru Baş direktoru Tedros Adanom Qebreyesus sadalanan faktları COVİD-19-un insanların psixi sağlamlığına vurduğu zərər baxımından yalnız "aysberqin görünən hissəsi" olduğunu bildirib. O, ölkələri vətəndaşlarının psixi sağlamlığına daha çox diqqət yetirmələrinin gərəkli olduğunu qeyd edib.

Geri dön