Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Yaponiya məhkəməsi “Nissan” şirkətinin əməkdaşına 6 ay həbs cəzası kəsib
Yaponiya məhkəməsi “Nissan” şirkətinin əməkdaşına 6 ay həbs cəzası kəsib |
Martın 3-də Tokio dairə məhkəməsi Yaponiyanın “Nissan” şirkətinin əməkdaşı Qreq Kellinə 6 ay həbs cəzası kəsib. Fırıldaqçılıqda şübhəli bilinən Q.Kelli “Renault”– “Nissan”– “Mitsubishi” şirkətlər qrupunun direktorlar şurasının sabiq sədri Karlos Qonun köməkçisi olub.
Bu barədə “Kyodo agentliyi” məlumat yayıb. Məhkəmə “Nissan” şirkətinin 200 milyon yen (1,7 milyon ABŞ dolları) cərimə ödəməsi barədə də qərar qəbul edib. Xatırladaq ki, Tokio dairə məhkəməsi 2021-ci il iyulun 19-da K.Qonun Yaponiyadan qaçmasına yardım etmiş ABŞ vətəndaşları Maykl və Piter Teylorların həbsxanada saxlanılması barədə hökm çıxarıb. M.Teylor iki il, P.Teylor isə 1 il 8 ay müddətinə azadlqıdan məhrum ediliblər. Fransa, Braziliya və Livan vətəndaşlığına malik olan K.Qon Tokio prokurorluğu tərəfindən 2018-ci il noyabrın 19-da həbs edilib. İstintaq materiallarından məlum olub ki, K.Qon “Nissan” şirkətinin direktorlar şurasının sədri olduğu 2010-2018-ci illərdə 9 milyard yen (78 milyon ABŞ dolları) məbləğində vəsaitdən vergi ödəməyib. 2019-cu ilin aprelində böyük məbləğdə girov müqabilində ev həbsinə məhkum edilən Nissan” şirkətinin əməkdaşı həmin il dekabrın sonlarında şəxsi təyyarədə qeyri-leqal yolla Türkiyəyə, oradan da Livana qaçırılıb. Lİvan ilə Yaponiya arasında qarşılıqlı ekstradisiya barədə müqavilə mövcud deyil. 2020-ci il yanvarın 8-də mətbuat konfransı keçirən K.Qon Yaponiya rəsmilərini və “Nissan” şirkətinin rəhbərliyini ona qarşı əlbir olmaqda günahlandırıb. Həmin vaxt iş adamı Yaponiya prokurorluğunu və məhkəmə sistemini də kəskin tənqid edib. Geri dön |