Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azəriqaz” tərəfindən smart sayğacların tətbiqi üçün işlər davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > “Azəriqaz” tərəfindən smart sayğacların tətbiqi üçün işlər davam etdirilir

“Azəriqaz” tərəfindən smart sayğacların tətbiqi üçün işlər davam etdirilir


Azərbaycanda indiyə qədər “ağıllı sayğaclar” olmayıb. Bizim sonradan ödənişli sayğaclara keçid etməyimizdə əsas məqsədimiz ağıllı, yəni smart sayğaclara nail olmaqdır.

Bu sözləri “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisinin sözlərinə görə, SOCAR xüsusi proqram üzərində işləyir. Bu proqrama əsasən, abonentlər sayğaclarının şəklini çəkib “Azəriqaz”ın informasiya mərkəzinə göndərəcək. İnformasiya mərkəzi sərfiyyatı, borcun hamısını abonentə göstərə biləcək. Bundan əlavə o qeyd edib ki, bu proqram vasitəsilə onlayn ödənişlər də etmək mümkündür.

“Sayğacların üzərində şəffaf qutular olacaq, bununla nə qurumun işçiləri, nə də abonentlər sayğaca müdaxilə edə biləcək. Bundan sonra ağıllı sayğacdan söhbət gedəcək. Bu sayğaclarda uzaqdan sərfiyyatın dayandırılması işi də həyata keçiriləcək”, - deyə Eldəniz Vəliyev vurğulayıb.

Həmçinin bu cihazların quraşdırılması üçün abonentlərdən heç bir ödəniş tələb olunmayacaq.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin sözlərinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını da Azərbaycanın hesabına təbii qazla təmin etmək mümkün olacaq. O, hazırda Naxçıvan Muxtar Respublikasına ikinci dövlət üzərindən təbii qaz verilməsinin həyata keçirildiyini deyib.

“104” Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-iş günlərində Çağrı mərkəzinin gücləndirilmiş rejimdə çalışacağını diqqətə çatdırıb. Şöbə rəisinin sözlərinə görə, daxil olan bütün müraciətlər qəbul olunacaq və icraatı da təmin ediləcək.

Geri dön