Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının qırğız dilində audiokitabı yaradılıb
Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının qırğız dilində audiokitabı yaradılıb |
Qırğızıstandakı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşəbbüsü ilə Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasının qırğız dilində audiokitabı yaradılıb.
Poemanı qırğız dilində ali dərəcəli diktor və qiraət ustası Jıpargül Şabdanaliyeva səsləndirib. Audiokitabın səs rejissoru Bektursun Kaldarovdur. Bir neçə il əvvəl TDSDF-nin sifarişi ilə mərhum şair və tərcüməçi Mukan Asanaliyev əsəri rus, ingilis və qırğız dillərinə tərcümə edib, çap olunaraq pulsuz yayılıb. “Gülüstan” poemasının qırğız dilindəki audiokitabı “turrktoday.info” portalında dinləyicilərin ixtiyarına verilib. Audiokitabı bu linkdən dinləmək olar: http://turktoday.info/az/gyulistan-poyema-audiokitebi/ . Geri dön |