Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güclü zəlzələ Türkiyədə əhali arasında təşvişə səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Güclü zəlzələ Türkiyədə əhali arasında təşvişə səbəb olub

Güclü zəlzələ Türkiyədə əhali arasında təşvişə səbəb olub


Egey dənizində bu gün baş vermiş güclü zəlzələ Türkiyənin şimal-qərb hissəsində və İstanbulda əhali arasında çaxnaşmaya səbəb olub. Türkiyə mətbuatının verdiyi xəbərə görə, Türkiyənin şimal-qərb sahilində baş vermiş yeraltı təkanların gücü 6,2 bal təşkil edib. Bu barədə məlumatı Türkiyənin seysmoloji xidməti yayıb.

Qeyd edək ki, bir qədər əvvəl KİV-lər ABŞ Geoloji xidmətinin məlumatına istinadən zəlzələnin gücünü 5,8 bal göstərmişdi. Türkiyə seysmoloqlarının məlumatına görə isə, 6,2 bal gücündə olan zəlzələnin episentri Egey dənizində, Əzinə şəhərinin 67 kilometrliyində qeydə alınıb.

Məlumata görə, zəlzələnin dərinliyi 9,9 km təşkil edib. Sunami xəbərdarlığı elan olunmayıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Geri dön