Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gədəbəydə zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu müzakirə edili
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gədəbəydə zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu müzakirə edili

Gədəbəydə zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu müzakirə edili


Martın 10-da Gədəbəy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin, Gədəbəy Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə "Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən natiqlər milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələrdən danışaraq, bu dəyərlərin qorunmasının vacibliyi haqqında söhbət açıblar.

Gənclərin diqqətinə çatdırılıb ki, Azərbaycanda gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi ulu öndər Heydər Əliyev tərəfindən əsas vəzifələrdən biri kimi irəli sürülüb. Həmçinin zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında əxlaqi dəyərlərin, dünyəvi və dini savadlanmanın rolunun böyük olduğu diqqətə çatdırılıb.

Geri dön