Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistan Pakistanı Kəşmir vilayətinə hücum etməkdə və iki əsgəri qətlə yetirməkdə günahlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Hindistan Pakistanı Kəşmir vilayətinə hücum etməkdə və iki əsgəri qətlə yetirməkdə günahlandırıb

Hindistan Pakistanı Kəşmir vilayətinə hücum etməkdə və iki əsgəri qətlə yetirməkdə günahlandırıb


İki Hindistan hərbçisi mübahisəli Kəşmir vilayətində baş vermiş atışma zamanı öldürülüb. “BBC”-nin verdiyi xəbərə görə, Hindistan hərbçilərin ölümündə blokposta hücum etmiş Pakistan əsgərlərini günahlandırır, lakin Pakistan tərəfi hücum faktını inkar edir.

Hindistan ordusunun nümayəndəsinin sözlərinə görə, insident Cammu və Kəşmir ştatının paytaxtı Şrinaqar şəhərindən 170 km aralıda baş verib. Bəzi KİV-lərin məlumatına görə, meyitlərdən biri eybəcər hala salınıb.

Pakistan, öz növbəsində, Hindistana qarşı analoji ittihamlar irəli sürüb. Rəsmi İslamabad bəyan edib ki, Hindistan hərbçiləri Pakistan ordusunun blokpostuna hücum edib, nəticədə bir əsgər həlak olub.

Rəsmi Dehli buna cavab olaraq bəyan edib ki, Hindistan ordusu Pakistan tərəfdən minaatanlardan endirilən zərbələrə cavab olaraq atəş açıb.

Sərhədyanı Kəşmir vilayəti 60 ildən çoxdur ki, iki ölkə arasında ərazi mübahisələrin predmeti olaraq qalmaqdadır.

Geri dön