Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Xaricdəkiləri düşmən elan etməklə fələyin çarxını geri çevirmək mümkün deyil”
Fərəc Quliyev: “Xaricdəkiləri düşmən elan etməklə fələyin çarxını geri çevirmək mümkün deyil” |
Ukraynaya hücumlarından sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edərək Ukraynanı dəstəkləmək qərarı verdi.
Moskva isə Rusiyanı küncə sıxışdırmağı hədəfləyən sanksiyalara qarşı müxtəlif addımlar atır. Rusiya prezidenti Putin bu kontekstdə “dost olmayan ölkələr” siyahısı ilə bağlı yeni fərman imzalayıb, Rusiya hökuməti isə Putinin fərmanını təsdiqləyib. Buna uyğun olaraq ötən il ABŞ və Çexiyanın daxil edildiyi dost olmayan ölkələr siyahısına yeni dövlətlər əlavə edilib. Yeni qərarla Avstraliya, İngiltərə, Avropa Birliyi ölkələri, İslandiya, Kanada, Lixtenşteyn, Monako, Yeni Zelandiya, Norveç, Cənubi Koreya, San Marino, Sinqapur, ABŞ, Tayvan, Ukrayna, Monteneqro, İsveçrə və Yaponiya daxil 46 ölkə dost olmayan ölkələr siyahısına əlavə edilib. Yeni qərarla Rusiyanın dost olmayan ölkələr siyahısındakı ölkələrin sayı 48-ə çatıb. Rusiya bu qərarla sözügedən ölkələr qarşısında iqtisadi şərt də qoyub. Qərara görə, siyahıda olan ölkələr Rusiyaya olan borclarını rus valyutası rublla ödəməli olacaqlar. Rusiya bu yolla həddindən artıq ucuzlaşma yaşayan rublu gücləndirməyi hədəfləyir. Prezident Putinin imzaladığı fərman, həmçinin, Rusiya şirkətlərinə “dost olmayan” ölkələrdəki şirkətlərə olan borclarını rublla ödəməyə icazə verib. Putinin bu addımı Rusiyaya nəsə verəcəkmi? Mili Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Putin gərək özünə bu qədər əziyyət verib dost olmayan ölkələrin siyahısını tutmayaydı: “Rusiyaya dost olan ölkələrin siyahısını tutardı və yalnız Belarusun adını yazardı başa. Onsuz da Belarusdan başqa bütün dünya onlarla düşməndi. Putin çoxdandır məntiqsiz qərarlar verir. Son vaxtlar isə ümumiyyətlə başını itirib. Bununla yaxın ətrafında olan postsovet ölkələrinə işarə edir və mən sizi nəzarətdə saxlayıram demək istəyir. Sanksiyalar artdıqca vəziyyət pisləşir. İmdadını yaxın ölkələrdə görür. Onun bu sayaq fərmanları kağız parçasından başqa nəsə deyil. Artıq Rusiyanın özündə, hətta orduda və Kreml sarayında belə Putinin qərarlarına ciddi baxmırlar. Qatar çoxdan gedib. Putin belə çabalamaqla Rusiyanı xilas edə bilməyəcək. Artıq bu məsələdə xilas yoxdur. Putin Rusiya imperiyasının batmasını sürətləndirib. Qalanı qalıb Rusiyadakı xalqların öz fəallığına. Onlar da yavaş-yavaş öz müstəqilliklərini istəməyə başlayacaqlar. Rusiyanın daxilindəki vəziyyəti stabilləşdirmək belə müşkülə çevriləcək. Xaricdəkiləri düşmən elan etməklə fələyin çarxını geri çevirmək mümkün deyil”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |