Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndoneziya sahillərində güclü zəlzələ baş verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində güclü zəlzələ baş verib


Martın 14-də İndoneziya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bu ərəfədə seysmoloqlar Filippin sahillərində də güclü zəlzələ barədə məlumat yayıblar.

Yeraltı təkanların episentrinin Qərbi Sumatra əyalətinin Pariaman şəhərindən 168 kilometr qərbdə, ocağının 16 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Geri dön