Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Erməni vandallığının şahidləri...
Erməni vandallığının şahidləri... |
Və ya “sümük”ləri əridən həqiqətlərin soyuğu iliyimizə niyə işləmir, görəsən?
Nəinki şahidlər, tarixi faktlarımız da çürüməkdədir Yəqin ki, oxucularımız söhbətin nədən getdiyini biləcək. Bəli, söhbət 1918-ci ildə erməni-rus ordusu tərəfindən qətliama məruz qalan soydaşlarımızın Quba məzarlığından gedir. Bu məzarlığın aşkar edilməsi, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində və düşmən təbliğatını ifşa etmək üçün informasiya savaşında bizə əsaslı faktlar verdi ki, həmin faktlarla düşmən təbliğatını alt-üst edirik. Ən azından bu günə kimi yüzlərlə əcnəbi nazirlər, millət vəkilləri, diplomatlar, yazarlar və ya müxtəlif peşənin sahibləri Quba məzarlığını ziyarət edərək, erməni vandallığını, vəhşiliyini öz gözləri ilə görüblər. Deməli, Quba məzarlığını erməni təbliğatının ifşası üçün əlimizdə olan gerçək tarixi faktlar toplusu da adlandıra bilərik. Halbuki bədnam qonşumuz olan ermənilər yüz ildir ki, yalançı, qondarma soyqırım faktını əllərində bayraq edib, dünya ictimaiyyətini çaşdırmaqla məşğuldurlar. Ortada bir fakt, sübut göstərilmədən əsassız, dəlilsiz yazılan kitablarla dünya siyasətçilərinin qapısını döyüb, özlərini soyqırıma məruz qalan xalq kimi təqdim edirlər və bu təbliğatın nəticəsidir ki, bir çox ölkələrin parlamentləri saxta erməni soyqırımını tanıyıblar. Qəbul edirəm ki, biz ermənilər kimi özümüzü dünyaya təqdim edə bilmərik. Çünki bu millət yalançı və özlərini məzlum kimi təqdim edərək, siyasətçi və diplomatların qarşısında ikiqat əyilirək, öz siyasi məqsədlərinə nail olmağa çalışırlar. Amma bu üsul və prinsiplər bizə yaddır. Söhbətimizin əsas məğzi ermənilərin özlərini necə təqdim etməsi ilə bağlı deyil. Bu gün biz əlimizdə olan tarixi faktlarımızın məhvinə laqeydlə yanaşırıq və hətta duruma sakitcə tamaşa edirik. Acılı və gerçək tariximizə sahib çıxmaq istəmirik. Bu günlərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun Quba Ekspedisiyanın rəhbəri Qəhrəman Ağayevin mətbuata verdiyi açıqlamasını oxudum və sözün həqiqi mənasında onun açıqlaması mənə pis təsir etdi. Görün, alim nə deyir: "Quba soyqırımı məzarlığının məhv olması təhlükəsi var və məzarlıqdakı sümüklərin çürüməsi prosesi hazırda sürətlə gedir". *** Necə ildir ki, alim ürək yanğısı ilə Quba məzarlığındakı sümüklərin çürüdüyünü bildirir və bunun qarşısı alınmazsa, vəziyyətin acınacaqlı olacağını deyir. Maraqlıdır, böyük maliyyəsi olan bir ölkə üçün bir muzey tikmək bu qədərmi çətindir? Axı ortada muzeyin tikilməsi ilə bağlı prezidentin qərarı var. Amma muzey nə vaxt tikilib təhvil veriləcək, bu sualın cavabını ancaq iş icraçıları deyə bilərlər. Sümüklərsə onların deyəcəyi zamanı gözləmir. Artıq çürümə prosesi gedir. Bu gün əlimizdə olan sümüklərimizə sahiblənə bilmiriksə, sabah Qarabağı necə azad edə biləcəyik?! Öz tarixinə qiymət verməyi bacara bilməyən toplumun sonu yoxdur. Deməli, biz hazırda əcdadlarımızın sümüklərinin çürüməsini müşahidə etmirik, eyni zamanda gerçək tarixi faktlarımız da çürüyür. Elnur Eltürk Geri dön |