Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda pellet yanacaq növündən ilk dəfə bu məktəblərdə istifadə edilir
Azərbaycanda pellet yanacaq növündən ilk dəfə bu məktəblərdə istifadə edilir |
Ölkə ərazisində fəaliyyət göstərən orta məktəblərin xüsusilə də bölgələrdəki təhsil ocaqlarının qış aylarında istiliklə təmin edilməsi prioritet məsələlərdəndir. Bu qışdan pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi layihəsi həyata keçirilir
Layihə çərçivəsində Azərbaycanın Tovuz və Ağstafa rayonunda seçilmiş 5 orta məktəbin, ümumilikdə 6 korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb, qış mövsümündə məktəblərin isidilməsi təmin edilib. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz enerji mənbəyidir. Layihə Ağstafa rayonunda bu ildən ilk dəfə Ağstafa rayonunun Köçəsgər kənd Azər Ələkbərov adına 2 nömrəli tam orta məktəbində həyata keçirilir. Məktəbdə pelletin effektiv yanacaq olduğunu deyirlər. Qış mülayim keçsə də hələ də sinif otaqları gündəlik dərs müddətində pelletlərin hesabına isidilir. Proses qış rejimi bitənə kimi yəni aprelin 15-ə qədər davam etdiriləcək. “Əvvəl yanacağımız odun idi. O bir az əziyyət tələb edən iş idi. Odunun doğranması, daşınması kimi işləri var idi. Amma yeni pellet yanacaq növü məktəbimizə hazır vəziyyətdə gəlir. Yəni onların daşınmasında bizim işçilərin iştirakı olmur. İşçilərimizin funksiyası şagirdlər məktəbə daxil olana qədər sinif otaqlarını isitməkdir. Şagirdlər dərsə gələndə sinif otaqları tam istiliklə təmin olunmuş olur” – deyə, məktəbin direktoru Şəfəq Süleymanova bildirib. Ağstafa Rayon Təhsil Şöbəsindən bildirilib ki, hazırda rayonun 39 təhsil müəssisəsinin 31-i təbii qazla, 1-i dizel, 7-i isə odun yanacaq növü ilə isidilir. Ağstafa RTŞ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva layihənin bu tədris ilindən tətbiq edilməsinə baxmayaraq artıq öz effektini verdiyini deyib: “Ekoloji cəhətdən olduqca təmiz, daha çox istilik tutumuna malikdir. Təmizlik qaydaları da yüksək səviyyədədir. Gələcəkdə də bu yanacaq növünə keçilməsi, yəni qalan altı məktəbdə bu və ya digər alternativ yanacaq növündən istifadə olunması nəzərdə tutulub”. Bu layihənin icrası məktəblərdə istilik probleminin həlli ilə yanaşı Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcək. Geri dön |