Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cənubi Koreyada COVID-19 virusuna yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Cənubi Koreyada COVID-19 virusuna yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb

Cənubi Koreyada COVID-19 virusuna yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb


Cənubi Koreyada COVID-19 virusuna sutkalıq yoluxma və ölüm sayında yeni antirekord qeydə alınıb.

Yonhap agentliyinə istinadla xəbər verir ki, ötən sutka 621 min 328 yoluxma aşkarlanıb. Yoluxmaların çoxalmasına səbəb daha yoluxucu “omikron” ştamının sürətlə yayılmasıdır. Sutkalıq yoluxma sayı əvvəlki günlə müqayisədə 55 faiz artıb.

Cənubi Koreyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, ötən sutka virus səbəbindən 429 ölüm qeydə alınıb ki, bu da Cənubi Koreya üçün antirekordur.

Hökumət sutkalıq yoluxmaların çoxalmasına baxmayaraq karantin tədbirlərini davamlı yumşaldır. Səbəb pandemiyanın kiçik və mikro sahibkarlığa mənfi təsirinin qarşısını almaqdır. Karantin tədbirlərinin növbəti dəfə yumşaldılması ilə bağlı qərarın martın 18-də veriləcəyi gözlənilir. Hazırda qüvvədə olan COVID-19 pandemiyası ilə mübarizə səviyyəsinin ən yüksək 4-cü dərəcədən aşağı salınması üçün səlahiyyətli qurumlar müzakirələrə başlayıb. Hökumət bunu belə əsaslandırır ki, xəstəlik artıq ümumi hala çevrilib, aşkarlama və müalicə prosesi yerli klinika səviyyəsində həyata keçirilir.

Qeyd edək ki, Cənubi Koreyada ilin əvvəlindən etibarən sutkalıq yoluxma sayında artım dinamikası müşahidə olunur. Müxtəlif günlərdə dünya üzrə sutkalıq ən çox yoluxma Cənubi Koreyada qeydə alınıb. Səlahiyyətli qurumların bir müddət əvvəl verdiyi proqnoza əsasən, pandemiyanın hazırkı və ən ağır dalğasının zirvəsi martın ortasına təsadüf edəcək.

Cənubi Koreyada COVID-19 virusuna qarşı vaksinasiya prosesi də davam edir. Əhalinin 86,6 faizi (44,44 milyon nəfər) hər iki doza peyvəndi, 62,8 faizi isə (32,21 milyon nəfər) “buster” dozanı da qəbul edib.

Geri dön