Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tələbə elmi konfransı keçirilib |
Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin (İİF) Tələbə Elmi Cəmiyyətinin Elm Gününə həsr edilmiş “Yüksək keyfiyyətli təhsil müasir gəncliyin əsas meyarıdır” mövzusunda XIII elmi konfransı keçirilib.
Bu barədə MDU-dan məlumat verilib. Bildirilib ki, onlayn formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli tələbələrin karyera inkişafında təhsillə yanaşı, elmi fəaliyyətin də mühüm rol oynadığını vurğulayıb. Son dövrdə gənclərin hərtərəfli inkişafı, eləcə də onların tədqiqat bacarıqlarının artırılması məqsədilə universitetdə yaradılan imkanlardan danışan N.Qədimli tələbələrin elmi potensialının inkişafına dəstək göstərən akademik heyət üzvlərinə təşəkkürünü bildirib. Konfransın mövzusunun aktuallığından bəhs edən dekan tələbələri müzakirələrdə fəal olmağa çağırıb və onlara uğurlar arzulayıb. Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Gültəkin Musazadə “Mükəmməl təhsil qüdrətli dövlətin təzahürüdür”, Nurlan Ağammədov “Müasir dövrdə ali təhsilin keyfiyyətli inkişafı istiqamətləri”, Zəminə Məmmədova “Azərbaycanın beynəlxalq təhsil məkanına inteqrasiyasında reallıqlar və perspektivlər”, Əlirza Abdullayev “Azərbaycanda tədqiqat bacarıqlarına əsaslanan təhsil sisteminin yeni məzmunu və inkişafı” və Fidan Rəhimli “Regionların sosial-iqtisadi inkişafında təhsilin rolu və strateji istiqamətləri” mövzusunda çıxış ediblər. Daha sonra, fakültənin tələbələrindən Ləman Əliyeva və Dürdanə Məmmədova “Müasir təhsil sistemində təlim texnologiyalarının tətbiqi məsələləri”, Xanımtər Vəliyeva və Gülnar Mustafayeva “Pandemiyanın təhsil sisteminə təsiri”, Fidan Babayeva və Kənan Mustafayev “Azərbaycanda inklüziv təhsilin inkişafı və prioritetləri”, Gülxar Əbilova “Təhsilin iqtisadiyyatı və insan kapitalı” və İlkin Əhədov “Təhsil sahəsində tətbiq edilən vergi güzəştlərinin iqtisadi mahiyyəti” mövzusunda məruzələrini təqdim ediblər. Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb. “Microsoft Teams” platforması üzərindən təşkil olunan konfransda İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, hər il martın 27-si ölkəmizdə Elm Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq, Elm Günü çərçivəsində MDU-da akademik heyət üzvləri və tələbələrin iştirakı ilə müxtəlif elmi tədbirlərin, o cümlədən konfranslar və seminarların keçirilməsinə xüsusi önəm verilir. Geri dön |