Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Liqası: “Qalatasaray” öz meydanında uduzdu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa Liqası: “Qalatasaray” öz meydanında uduzdu

Avropa Liqası: “Qalatasaray” öz meydanında uduzdu


Martın 17-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.

Bu günə nəzərdə tutulan yeddi görüşdən dördü başa çatıb.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İspaniyanın “Barselona” klubunu qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurub. Görüşün 28-ci dəqiqəsində Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib. Qarşılaşmanın 37-ci dəqiqəsində Pedri “Cim-Bom”un üç müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə “Barselona”nı dörddəbir finala aparıb.

Kataloniya təmsilçisi ilə yanaşı, İtaliyanın “Atalanta”, Portuqaliyanın “Braqa” və Şotlandiyanın “Qlazqo Reyncers” klubları da mərhələ adlayıblar.

Səkkizdəbir finalın digər dörd cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Günün erkən başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) - 1:2, İlk oyun - 0:0;

“Bayer” (Leverkuzen, Almaniya) – “Atalanta” (İtaliya) - 0:1, 2:3;

“Monako” (Fransa) – “Braqa” (Portuqaliya) - 1:1, 0:2;

“Srvena Zvezda” (Serbiya) – “Reyncers” (Şotlandiya) - 2:1, 0:3.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Rusiyanın “Spartak” klubu UEFA Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniyanın “Leyptsiq” klubu dörddəbir finala birbaşa vəsiqə qazanıb.

Geri dön