Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlcəzair mətbuatında Azərbaycanın energetika strategiyasından bəhs olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Əlcəzair mətbuatında Azərbaycanın energetika strategiyasından bəhs olunub

Əlcəzair mətbuatında Azərbaycanın energetika strategiyasından bəhs olunub


Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov bu ölkənin “Əl Hərir”, “Əl Şuruğ” və “Əl Hivar” portallarında ölkəmizin energetika strategiyası və bu sahədə ərəb ölkələri ilə əməkdaşlıq haqqında məqalə ilə çıxış edib.

Xalqımızın Novruz bayramını qeyd etdiyi ərəfədə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulduğunu diqqətə çatdıran müəllif Azərbaycanın xarici sərmayə qoyulması üçün cəlbedici ölkə olduğunu vurğulayıb. Qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsinin dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirən R.Bağırov Azərbaycanın regionda əsas elektrik enerjisi ixracatçısı olduğunu vurğulayıb. Ölkəmizin bərpa olunan enerji mənbələrini, yeni elektrik stansiyalarının istifadəyə verilməsini diqqətdə saxladığı qeyd olunub.

Məqalədə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının nəhəng enerji şirkətləri ilə əməkdaşlıq əlaqələrindən ətraflı bəhs olunub. Eyni zamanda, Azərbaycanla Əlcəzair arasında İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sız əlaqələrin olduğunu diqqətə çatdıran müəllif iki dost ölkə arasında ticari-iqtisadi sahələrdə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanacağının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu çərçivədə hökumət nümayəndələri və iş adamlarının qarşılıqlı səfərləri, birgə investisiya layihələri həyata keçirilə bilər.

Məqalədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistanın dağıtdığı infrastruktur obyektləri, o cümlədən elektrik stansiyalarının bərpasından da bəhs olunub. R.Bağırov vurğulayıb ki, Qarabağda günəş və külək elektrik stansiyalarının inşası ilə bağlı xarici şirkətlərlə birgə investisiya layihələrinin həyata keçirilməsinə dair danışıqlar aparılır.

Geri dön