Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... II HİSSƏ
Qərbi Azərbaycan - indiki Hayastanda Türk soyqırımı... II HİSSƏ |
17 kənd, qəsəbə və şəhərdə öldürülən insanların sayı təxminən 300.000 mini keçmişdir
1914-1918-ci illərdə (dünyanın başı I dünya savaşına qarışdığı vaxt!) İrəvan quberniyasında 88-kənd dağıdılmış, yandırılmış, yerlə-bir edilmiş və 131.970 nəfər Azər Türkü acımasızca, heç kimə, heç nəyə rəhm etmədən boylu qadın, qoca, uşaq, xəstə, cavan hər kəsi qanına qəltan etmişdilər. Cəsədlər aylarla yerdə qalmış, vəhşi heyvanlara yem olmuşdur. 1918-ci il fevralın əvvəllərində erməni və ermənilər tərəfindən zorla silahlandırılmış malakan quldur dəstələri birləşərək, Meyniman, Yağırlı, Ayqı Xaran kəndlərinə silahlı basqınlar etmiş, nəticədə 350 nəfər qadın, uşaq, qoca, cavan qətl edilmiş, evləri soyub oğurlamış, sonra da yandırmışdılar. Bu hadisə haqqında məlumat İstintaq Komissiyasının üzvü A.Navitskinin məruzəsində qeyd olunmuşdur. 1918 - ci ildə S.Şaumyanın, S.Lalayanın, S.Əmirovun, Saatsızubov kimi quldur-daşnak rəhbərlərinin əmr və göstərişlərinə əsasən Şamaxıda 8727 nəfər Türk-müsəlman qətlə yetirilmişdir. Bu məlumatlar İstintaq Komissiyasının üzvlərinin məruzələrində bidirilmişdir. Bir haşiyə: Dostum Baba Vəziroğlu ilə onların İsmayıllıda yerləşən kəndlərinə Mollaisaqlıya bir neçə dəfə qonaq getmişəm. Bir gün Babanın rəhmətlik atası Vəzir kişi mənə belə bir hadisə söylədi, “1918-ci ilin yağışlı bir günü idi, bax, bala o uzaq kəndlərdən (əlini Hacihətəmli kəndinə tərəf uzatdı) bizimkiləri yığıb gətirirdilər. Bax, gördüyün o Hacıhətəmli kəndinin qırağına, orada onları güllələyib öldürür, sonra gedirdilər başqa kənddən müsəlman gətirməyə. Onlar yeni dəstə gətirənə qədər, o erməni kəndinin camaatı gəlib ölənləri soyur, sonra öz kəndlərində yerləşən dəyirman tərəfə daşıyıb orada yandırırdılar, yandırırdılar ki, iz itsin. Sonra Allah razı olsun, türk generalı Nuru paşa gəldi, türkün adını eşidən ermənilər ilim-ilim itdilər. Bu erməni dığaları hara getdi, bilmədik. Mən o zaman dəstək oğlan idim, gün kimi yadımdadı...” Rəhmətlik Vəzir kişi bunları mənə 1983-ilin qış aylarından birində, yağışlı bir gündə danışmışdı, özünün də təxminən 80-85 yaşı olardı. 1918-ci ildə erməni-daşnak çətələri Noqay kəndində 555 kişi, 260 qadın, 140 uşağı qətl etmişdilər. 60 nəfər yaralanmışdır. Evləri çalıb-çapıb, talan edərək qaçmışdılar. İstintaq komissiyasının üzvü A. Navitskinin məruzəsindən. 1918-ci ildə, noyabrın 22-də Xasmahmudovun Ədliyyə Nazirliyinə verdiyi təqdimatda göstərilir ki, Kürdəmir, Ərəbmehdiabad, Quruçay və Bakı qəzasının Göyçay nahiyəsində daşnak-erməni faşistlər yüzlərlə insanı öldürmüş və yaralamışdır. 1918-ci ildə Daru təxəllüslü bir vəhşi erməninin başçılığı ilə (Daruzamat Xananyan) Zəngəzur, Ağbaba, Luru-Pəmbək və s. Qərbi Azərbaycan (indiki Hayastan-ermənistan) kəndlərində kütləvi qırğınlar törədib, acımasızca, rəhmsizcə, vəhşicəsinə günahsız soydaşlarımıza işgəncələr verib, öldürmüş, yandırmış, hamilə qadınların diri-diri qarnından canlı dölləri, çağaları çıxartmış, xəncərin, süngünün başına keçirib təndirə atmışlar. 1920-ci ildə bu vəhşi cani daşnak Daruzamat Xananyan ermənistanın müdafiə naziri təyin edimiş, bolşeviklər gələndə Daru Terteryanla birlikdə nazir postunu bolşeviklərə təhvil vermişdir. Həmin bu Daru öz cinayət əməllərini 1941-1945 - ci illər arası müharibədə müsəlman əsgərlər üzərində yenidən davam etmiş və saysız-hesabsız Azərbaycan, türkmən və özbək əsilli sovet əsgərlərinin ölümünə bais olmuşdur. Bu hadisəyə “Yoldaşı” adı vermişdilər. Yoldaşı adı verməyin mahiyyəti ondan ibarətdir ki, rus dili bilməyən azərbaycanlı o cümlədən özbək, türkmən, tatar və s. əsgərlərə “qalx, bax gör alman varmı-yoxmu? axı sən mənə yoldaşı...”Yoldaş sözünü eşidən türksoylu əsgər söhbətin məkrli deyil, səmimi olduğuna inanır və arxayınlıqla səngərdən başını çıxarırmış və təbii ki, dərhal faşıst gülləsinə tuş gəlirmiş”. Daha sonra Qərbi Azərbaycanda (indiki ermənistan) dinc əhaliyə zülmlər etmiş, xeyli sayda cinayətlər törətmiş bu məşhur qaniçən Daru bu dünyada cəza almadan Allahın hökmü ilə o dünyaya-cəhənnəmə, birbaşa qaynar qır qazanına vasil olmuşdur. Yeri varkən bir xüsusi məsələni vuğulamalıyam ki, 200 illik bir tarixdə Azərbaycan və Anadolu türklərinə verilən işgəncələr, qətliamlar, soyqırımlara görə bir nəfər erməni faşisti cəzalanmayıb. Onlar hamısı-cani, qatil olmaqlarına rəğmən əvvəl havadarları, 1923-cü ildən sonra isə erməni hakimiyyət orqanları tərəfindən mükafatlanıb və xalq qəhrəmanı kimi hörmətlə yaşayıb, cəhənnəmə vasil olmuşdular. Məsələn, Budapeştdə erməni dığası Azərbaycanı, Azərbaycan xalqını, Azərbaycan Bayrağını dəfələrlə təhqir etdiyinə görə böyük türk-Azərbaycan zabiti, qəhrəman oğlumuz Ramil Səfərov tərəfindən haqlı cəzaya layıq görüləndən sonra o xuliqan-daşnak-faşist erməniyə gəbərəndən sonra ermənilər Milli Qəhrəman adı verdilər, igidimiz, pələngimiz Ramil Səfərov isə Macarıstan qanunlarına görə ömürlük həbs cəzasına məhkum olmuşdur. 1917-1920-ci illərdə, 3 il ərzində erməni-daşnakları, misli görünməyən qəddarlıq və vəhşiliklə bolşevik pərdəsi altında-güya sovet hökuməti qurmaq namınə, 700.000 çox Türk-müsəlman öldürmüşlər. Soyqırım necə olur, cənab ingilis, fransiz, amerikan senatorları, cənab Minsk qrupunun müşketyorları?! Rus ermənipərəsəstləri?! Bizi öldürtdükcə siz xoşbəxtmi olursunuz?! Şübhə edirsənsə, baxın, İstintaq Komissiyasının materiallarına!!! Əli KƏrimbəyli /AMEA/ Geri dön |