Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Tanrı yoxuşu” Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Tanrı yoxuşu” Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edir

“Tanrı yoxuşu” Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edir


Tanrı yoxuşu Murovdağ silsiləsindən Daşkəsənə adlayan aşırımlardan biridir. Kəlbəcər erməni quldur birləşmələrinin işğal altına düşəndə həmin aşırımı adlamaq həyati əhəmiyyət kəsb edirdi. Amma amansız düşmən və sərt təbiətlə ölüm-dirim mübarizəsi nəticəsində qarlı-çovğunlu aşırımı adlamaq heç də mühasirəyə düşənlərin hamısına nəsib olmadı. Qarlı aşırımda uçqunda dərəyə yuvarlanaraq həlak olanların, itkin düşənlərin, donvurmadan ölənlərin sayı-hesabı yox idi...

Əslən Kəlbəcərdən olan araşdırmaçı-jurnalist Elxan Salahovun “Tanrı yoxuşu” kitabında 1993-cü ildə düşmən mühasirəsındən xilas olmağa çalışanların həyat mücadiləsindən, real faktlar əsasında qələmə alınmış erməni hərbi birləşmələrinin törətdiyi müharibə cinayətlərindən bəhs edir.

Birinci Qarabağ müharibəsinin hələ də qaranlıq qalan səhifələri, açılmayan, araşdırılmayan, ictimaiyyətin xəbərsiz qaldığı hadisələri var. Bunlardan biri də 1993-cü ilin aprelində Ermənistanın quldur dəstələri Kəlbəcəri işğal edərkən mühasirədə qalan insanların başına gələn müsibətlərdir. Kitabda mühasirədə qalan əsgərlərin və dinc sakinlərin başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri şahidlərin xatirələri əsasında qələmə alınıb.

Kitabın redaktoru tanınmış publisist Süleyman Qaradağlıdır.

Geri dön