Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Bu gün xalq artistinin 64 yaşı tamam olur
Bu gün xalq artistinin 64 yaşı tamam olur |
Bu gün xalq artisti İlham Namiq Kamalın doğum günüdür
İlham Namiq Kamal oğlu Əhmədov 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzağa Əliyev adına Azərbaycan Dövlət teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisiti Ədil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan Batist Molyerin «Jorj Danden» satirik komediyasının tamaşasında baş qəhrəmanın rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr 1968). Bu kollektivdə Mirzə Cavad («Aydın», Cəfər Cabbarlı), Şvester («Meteor» Fridrix Dürrenmatt), Lomov («Elçilik», Anton Çexov), Rekrutçu («Sahildə bir ev»,Stefan Sveyq), Baş katib («Sehirli kreslo», Friteş Korinti), Mola Səbzəli («Üləma məclisi» Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb. O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib. 20 mant 1989-cu ildə istehsadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında aktyorluğa başlayıb. Bu kollektiv 26 yanvar 1993-cü ildən Azərbaycan Dövlət gənclər Teatrı kimi fəaliyyət göstərir. İlham Namiq Kamal bu gənc kollektivin səhnəsində dörd il çalışıb. Burada Stanislav Stratiyevin «Çarəsiz sərnişinlər» (məsuliyyətsiz), Rəhman Əlizadənin «Dadaşbala əməliyyatı» (Dadaşbala), İsi Məlikzadənin «Sultanqulu körpüsü» (Sultanqulu), Robber Tomanın «Arvadımın qatili» (Daniel), Vaqif Səmədoğlunun «Dağ tikirik» (kələntər), Georgi Xuqayevin «Arvadımın əri özüməm» (Kazbek) pyeslərinin səhnə təsfirində, «Gül, Sevin, gül» (müxtəlif sifət-maskalar) şoutamaşasında baş rolları ifa edib. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edib. Bu teatrda dramaturq Georgi Xuqayevin və bəstəkar Eldar mansurovun «Sevgilimin anası və yaxud evlənmə əhvalatı» (Albadam), cahangir Aslanoğlu və Həsənağa Qurbanovun «Qarğa, məndə qoz var» (Adil, Farmazov, Aşıq, Professor və Əyyaş), rus bölməsində Eduardo de Filippov ə Fərəc Qarayevin «Fulimeno Marturano» (Dominesko Soriano) musiqili komediyalarında oynayıb. 1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb və özünün «İlham» Miniatür teatrını yaradıb. Direktor və biddi rəhbər olduğu həmin teatrda həm quruluşçu rejissor. Həm də aktyor kimi çıxış edib. Burada hazırlanan bütün tamaşaların quruluşçu rejissoru olub və bunların əksəriyyətində baş rollar özü oynayıb. Davam.az - TƏBRİK EDİRİK. Geri dön |