Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Alimlər ilk dəfə xroniki koronavirusu peyvəndlə müalicə ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Alimlər ilk dəfə xroniki koronavirusu peyvəndlə müalicə ediblər

Alimlər ilk dəfə xroniki koronavirusu peyvəndlə müalicə ediblər


Alimlər xroniki COVID-19 virusu olan xəstəni mRNT tipli vaksinlə müalicə ediblər.

“ferra.ru” saytına istinadla xəbər verir ki, onu sağaltmaq üçün peyvəndin iki dozası lazım olub.

37 yaşlı xəstə 218 gün ardıcıl olaraq SARS-CoV-2 üçün müsbət test verib. Eyni zamanda, kişidə nadir bir genetik xəstəlik tapılıb.

Yoluxmadan beş ay sonra aparılan qan testləri xəstədə SARS-CoV-2-yə qarşı heç bir anticisimin olmadığını göstərib. Buna görə də həkimlər eksperimental müalicə tətbiq etmək qərarına gəliblər.

Onlar xəstəyə təxminən dörd həftə ara ilə iki doza “Pfizer mRNA” peyvəndi vurublar. İlk dozadan sonra 14 gün ərzində PCR testi virusun zəiflədiyini üzə çıxarıb. İkinci dozadan təxminən altı həftə sonra isə onun testi mənfı nəticə göstərib.

Geri dön