Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Azad Iskəndərli: "Mən çiyinlərimə aldığım yükün fərqində olan birisiyəm"!
Azad Iskəndərli: "Mən çiyinlərimə aldığım yükün fərqində olan birisiyəm"! |
Azad İskəndərli ilə müsahibə (eksklüziv)
Azad bəy, artıq bir neçə gündür ki, mətbuat Sosial Hüquqların Monitorinq Qrupunun 1992-ci ildə Amerika Konqresi tərəfindən qəbul edilmiş məhşur “907-ci maddəyə yox deyək” adlı kompaniyaya start verdiyi haqda yazılar dərc edir. Və hətta dünən , dekabrın 6-sı , 2012-ci il tarxdə Beynəlxalq Mətbuat Mərkəzində ölkə ictimaiyyətini təmsil edən aktiv simalardan ibarət böyük bir toplantı keçirmisiniz. Sizcə, başladığınız kompaniya ölkəmiz üçün həqiqətən də vacib bir məsələdir? Bizim tələbimiz Amerikadan yardım istəmək deyil.Buna ehtiyacımız da yoxdur. Sənəddə ən qıcıq verən məqam Azərbaycanın “Qarabağ torpaqları”nı və Ermənistan ərazisini Azərbaycanın blokada da saxlaması və bunun üçün də Amerikanın Azərbaycana yardımının dayandırılmasıdır. Sənəddən belə çıxır ki, guya Qarabağ ərazisi Ermənistan torpaqlarıdır və Azərbaycan oranı blokadada saxlayıb. Dolayısı ilə Azərbaycan İşğalçı Dövlət kimi tanınır. Bu da gələcəkdə həm Azərbaycan Dövləti üçün , həm də Azərbaycanlılar üçün işğalçı - barbar imici yaradır.Bu gün isə Amerika Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyır. Yəni Qarabağın bizə aid olduğunu təsdiqləyir. Bizim də istəyimiz bu ikili standartların ləğv edilməsi və haqqın, ədalətin bərqərar olmasıdır. Sizcə, bu günə qədər Amerika Kongresi 907-maddəni niyə qüvvədə saxlayır? Hesab edirəm ki, bu sənəd Azərbaycanı təzyiq altında saxlamaq üçündür. Onsuz da yeri gələndə Amerika Azərbaycana hər hansısa bir köməklik göstərir. Sadəcə olaraq bu sənədin qüvvədə qalması yenə də təkrar edirəm , loru dildə desək Azərbaycanı hədələmək üçündür. Problemlə bağlı gələcək planlarınız nədir? Düşünürəm ki, ilk addım olaraq Amerikanın Azərbaycandakı səfiri ilə görüşmək olacaq işimiz. Ölkə ictimaiyyətinin mesajlarını Cənab səfirə çatdıraq, sonrası isə zaman göstərəcək. Hələki daha radikal addımlar atmaq doğru olmaz. Azad bəy, bizim bildiyimizə görə siz heç bir yerdən maliyyə almırsınız və İctimai sektorda Rusiyadan gələn biznes gəlirləri hesabına çalışırsınız. Bu layihədə necə, Sizə ən azından Dövlət vəsait ayırırmı? Xeyir. Mən 16 ildir İctimai sektorda çalışıram bir dəfə də olsun nə beynəlxalq , nə də yerli donor təşkilatlardan maliyyə almamışam. Həmçini də bu layihə ilə bağlı. Bəlkə də müraciət etsəm verərlər, amma etmirəm. Çünki bizim fəaliyyətimizi görüb əslində özləri dəvət etməlidirlər. Bizim kimi ciddi bir məsələ ilə məşğul olan insanların gedib qapılarda vəsait üçün “dilənmə”si doğru olmaz.! Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli müəllim Həsənov da “907-ci maddə” ilə bir neçə dəfə mətbuata açıqlamalar verib. Hətta bu yaxınlarda da bildir di ki, “907 –ci maddə” Azərbaycan üçün mənasız bir sənəddir. Və sizin də açıqlamalarınız eynilə Əli müəllimin açıqlamaları ilə üst-üstə düşür və mətbuatda sizin haqqınızda “hakimiyyətə yaxınlığı ilə seçilən hüquq müdafiəçis Azad iskəndərli” yazılması İstər-istəməz cəmiyyətdə belə bir fikir formalaşdırır ki, sizin bu fəaliyyətiniz hakimiyyət tərəfindən sifariş edilib.?! Mətbuatın nə yazması mənim üçün əhəmiyyətli deyil.Mənim üçün əhəmiyyətli olan gördüyüm işin keyfiyətidir və ona olan inancımdır. Mən yenə də təkrar edirəm , mənim məsələ ilə bağlı hakimiyyətin mövqeyindən xəbərim yoxdur. Əyər Əli müəllimlə mənim fikirlərim üst – üstə düşürsə buna mən çox şad oldum. Doğrudur bu sifarişdir, amma ölkə ictimaiyyətinin sifarişidir. Biz xalqın , millətin sözünü deyirik. Kimlərsə bundan narahat olur, qoy olsun.! Mən çiynimə aldığım yükün ağırlığının fərqində olan birisiyəm, və inanıram ki, gec ya tez biz istədiyimizə nail olacağıq.! Azad bəy, müsahibə üçün çox sağ olun ,sizə gələcəkdə bu şərəfli və çətin yolda uğurlar arzu edirik.! Müsahibəni aldı : Tofiqə Abbaslı Geri dön |