Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amaliya Pənahovanın ayağı sınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Amaliya Pənahovanın ayağı sınıb

Amaliya Pənahovanın ayağı sınıb


Azərbaycanın Xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru Amaliya Pənahovanın səhhətində problem var. Bu barədə xalq artisti mətbuatda açıqlamasında bildirib ki, onun ayağı sınıb. Artıq 3 gündür ki, ayağı gipsə salınan Amaliya Pənahova həkimlərin məsləhəti ilə bir aya yaxın yataq və oturaq rejimdə olacaq: "İşə gedərkən ayağım burxuldu, yıxıldım. Sonra həkimə apardılar və bəlli oldu ki, ayağım sınıb. 3 gün olar ki, ayağım gipsdədir, oturaq vəziyyətdə qalmışam. Həkimlər deyir ki, azı bir aya yaxın ayağım gipsdə qalacaq. Təbii ki, həmişə hərəkətdə olan adam üçün bir ay oturaq vəziyyətdə qalmaq çox çətindir. Allaha pənah, görək də, necə olacaq..."
Xatırladaq ki, sənətşünaslıq elmləri doktoru Amaliya Pənahova 1964-cü ildən bu günədək teatr və kino səhnəsində fəaliyyət göstərir. Aktrisa 1992- ci ildən yaratdığı Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəridir.

Günel CƏLİLOVA

Geri dön