Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb

Cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb


Aprelin 1-də Türkiyənin Antalya şəhərində start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, turnirdə Azərbaycanı ümumilikdə 10 çəki dərəcəsi üzrə 17 idmançı ilə təmsil edəcək. Belə ki, kişilərin mübarizəsində Turan Bayramov, Rövşən Əliyev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Elcan Hacıyev (81 kq), Rüfət İsmayılov (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və İmran Yusifov (hər ikisi +100 kq) qüvvələrini sınayacaqlar.

Qadınların turnirində isə Leyla Əliyeva, Şəfəq Həmidova (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Günel Həsənli (70 kq) mübarizə aparacaqlar.

Böyüklərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, qadınlardan ibarət yığmaya isə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, idmançılarımız aprelin 4-10-da Antalyada təşkil olunacaq təlim-məşq toplantısında iştirak edəcəklər.

Geri dön