Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı küçələrində tramvay görəcəksiniz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Bakı küçələrində tramvay görəcəksiniz

Bakı küçələrində tramvay görəcəksiniz


Əhliman Şükürlü : “Tramvay havanı korlamır, iqtisadi cəhətdən də sərfəlidir”

Müasir dövrdə günü-gündən inkişaf edən və meqapolisə çevrilən Bakı şəhərində ekoloji cəhətdən təmiz Nəqliyyat vasitələrinə böyük ehtiyac duyulur. Mütəxəssislərin fikrincə, tramvay nəqliyyatının bu sahədəki rolu əvəzsizdir. Tramvaylar, həmçinin nəqliyyatdakı tıxacların aradan qaldırılmasında da mühüm əhəmiyyətə malikdir. “AzərTAc “Böyük Bakının Regional İnkişaf Planı” layihəsində bu aktual məsələnin həlli yönündə hansı tədbirlərin görüldüyünü öyrənmək üçün layihənin baş mühəndisi Əhliman Şükürlüyə müraciət edib.
Əhliman Şükürlü açıqlamasında bildirib ki, problemin aktuallığını nəzərə alaraq, layihə çərçivəsində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsinə böyük önəm verilib. Bu sahə ilə türkiyəli beynəlxalq məsləhətçilərin də cəlb olunduğu xüsusi bölmə fəaliyyət göstərir. Artıq bu istiqamətdə işlər başa çatmaq üzrədir. Buraya yolların genişləndirilməsi, müasir yol infrastrukturunun yaradılması ilə yanaşı, velosiped zolaqlarının əlavə edilməsi daxildir.
Baş mühəndis qeyd edib ki, layihədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi kimi tramvayın hərəkəti nəzərdə tutulub. “Böyük Bakının Regional İnkişaf Planı”da əks olunan tramvay yolu şəhərin Azneft meydanından başlayacaq. Tramvaylar Bakı Ağ şəhəri keçəndən sonra “Zığ dairəsi” adlanan ərazidən (Nargilə kafesinin yanı) dönərək həmin marşrutla əks istiqamətdə hərəkət edəcək. Planın ərazisinə düşən ”Zığ dairəsi”ndən sonra da tramvay xəttinin uzadılması mümkündür. Lakin bunun üçün layihədə müəyyən düzəlişlər edilməli, məsələ müvafiq qurumlarla razılaşdırılmalıdı.
Ekspertin sözlərinə görə, tramvay dünyanın inkişaf etmiş şəhərlərində, meqapolislərində geniş yayılmış ictimai nəqliyyat növüdür. Belə ki, havanı korlamır, iqtisadi cəhətdən də sərfəlidir.
Bundan başqa, tramvayların hərəkəti üçün xüsusi xətlərdən istifadə olunur və nəticədə də digər ictimai nəqliyyatın yükü azalır. Tramvaylar indinin özündə də ən rahat və ən sərfəli sərnişin nəqliyyatı vasitəsi sayılır.
Günel CƏLİLOVA

Geri dön