Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 minə çatır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 minə çatır

İtaliyada koronavirusa gündəlik yoluxma sayı 100 minə çatır


İtaliyada ötən sutka ərzində koronavirus qurbanlarının sayı 177 nəfər artaraq 159 min 54-ə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən 24 saatda ölkədə 99 min 457 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu, fevralın 8-dən bəri qeydə alınan ən yüksək göstəricidir. İtaliyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 14 milyon 496 min 579-a yüksəlib.

Hazırda ölkədə reanimasiya şöbəsində olanların sayı 487, aktiv COVID-19 xəstələrinin sayı isə 1 milyon 266 min 878 nəfərdir.

İtaliyada pandemiya dövründə 13 milyon 70 min 647 nəfər virusdan sağalıb.

Geri dön