Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda qadın məhbusa işgəncə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda qadın məhbusa işgəncə verilib

İranda qadın məhbusa işgəncə verilib


İranın Kirmanşah zindanında saxlanılan Süheyla Hicab adlı siyasi məhbusa işgəncə verilib və o buna etiraz olaraq aclıq aksiyasına başladığı barədə yaxınlarına məlumat göndərib.

O, yaxınlarına göndərdiyi məktubda martin 28-də ağır işgəncələr gördüyü, döyüldüyü və ailə üzvləri ilə görüşünə icazə verilmədiyinə görə aclıq aksiyasına əl atmaq məcburiyyətində qaldığını yazıb.

“Təhlükəsizlik məmurlarının mənə qarşı uyğuladıqları basqılar, işgəncə edilməyim, tibbi məzuniyyətə buraxılmağıma icazə verilməməsi və tibbi xidmətlərdən məhrum edildiyim üçün aclıq aksiyasına əl atmaqdan başqa bir çıxış yolu tapa bilmədim”-deyə, xanım məhbus məktubunda qeyd edib.

Süheyla Hicab İranda baş verən insan haqları pozuntularına, ölkə zindanlarında hakim olan ədalətsiz və qeyri-inani şərayitə toxunaraq məhkəmə systemin ilə təhlükəsizlik orqanlarının siyasi məhbuslara qarşı əlbir hərəkət etdiklərini bildirib.

Qeyd edək ki, Süheyla Hicab 2019-cu ilin iyun ayında saxlanılıb və bir neçə aylıq həbsdən sonra 14 mart 2020-ci ildə 3 milyard tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

O, 23 may 2020-ci ildə yenidən saxlanılaraq “hökumətə qarşı fəaliyyət”, “müxalif qruplara üzvlük” və “ictimai rəyi çaşdırrarq iğtişaş yaratmağa cəhd” ittihamları ilə 5 illik həbs cəzasını çəkmək üçün zindana köçürülüb.

Geri dön