Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > “Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin məqsədi diqqəti münaqişə başa çatdıqdan sonra Azərbaycanın apardığı bərpa işlərinə yönəltməkdir
“Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin məqsədi diqqəti münaqişə başa çatdıqdan sonra Azərbaycanın apardığı bərpa işlərinə yönəltməkdir |
Bu sərgidə müharibə dövrü, xüsusilə Xocalı faciəsi və Qarabağdakı dağıntılara aid fotolarım yer alsa da, sərgidə əsas hədəf münaqişə başa çatandan sonra Azərbaycanın apardığı bərpa işlərinə diqqəti yönəltməkdir.
Bu fikirləri Vyanada “Qarabağın ruhu – sülhə doğru uzun yol“ sərgisinin açılışında sərginin müəllifi Reza Deqati açıqlamasında bildirib. Qeyd edib ki, sərgiyə gələnlərə Azərbaycanın qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq və bərpa işləri nümayiş olunur. Avropada təqdim olunan sərginin əsas mesajı da Azərbaycanın sülh yolunda addımladığını göstərməkdir. Məşhur fotojurnalist bildirib ki, son 30 ildə Azərbaycan əraziləri işğala məruz qalsa da, şəhər və kəndlər dağıdılsa da, münaqişə başa çatandan sonra Azərbaycan böyük quruculuq işlərinə başlayaraq, ağrı-acılı günləri arxada buraxır və bərpa işləri sayəsində uğurlu gələcəyə doğru irəliləməkdədir. R. Deqati qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzünün ilk dövrlərindən indiyədək dövrü əhatə edən fotosərgi ilk dəfə Vyana şəhərində nümayiş olunur və onun məqsədi bu sərgini Avropa və Amerikanın böyük şəhərlərində təqdim etməkdir. Sərgi 100-dən artıq foto, fotolar əsasında hazırlanmış videoçarxlar, stendlər və kitabları əhatə edir. Geri dön |