Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Finlandiya idmançısı: Bakıda idman gimnastikası üzrə dünya kuboku çox yaxşı keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Finlandiya idmançısı: Bakıda idman gimnastikası üzrə dünya kuboku çox yaxşı keçirilir

Finlandiya idmançısı: Bakıda idman gimnastikası üzrə dünya kuboku çox yaxşı keçirilir


Bakıda təşkil olunan idman gimnastikası üzrə FIG dünya kuboku çox yaxşı keçirilir.

Bunu açıqlamasında yarışın iştirakçısı, Finlandiya idmançısı Maysa Kuusikko söyləyib.

"Milli Gimnastika Arenasında çox yaxşı gimnastika alətləri var. Zalın özü də böyük və işıqlıdır. Ona görə də burada özünü rahat hiss edirsən. Hər şey əladır, təşkilatçılar idmançıların rahatlığı üçün hər şeyi ediblər", - deyə o vurğulayıb.

Kubokun finalına yüksələn Maysa Kuusikko daha yaxşı çıxış edə biləcəyini bildirərək deyib: "Bu gün o qədər də mənim günüm olmayıb və ümid edirəm ki, sabah daha yaxşı çıxış edəcəm. Onu da deyim ki, yarışa hazırlıq yaxşı keçib. Alətləri sınamağa, proqramı işləməyə vaxtım olub".

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Geri dön