Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistan səfiri idman gimnastikası üzrə dünya kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Hindistan səfiri idman gimnastikası üzrə dünya kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb

Hindistan səfiri idman gimnastikası üzrə dünya kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb


Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Milli Gimnastika Arenasında davam edən kişi və qadın idman gimnastikası üzrə FIG dünya kubokunda iştirak edən hindistanlı gimnastlarla görüşüb

Bakıda dünya kubokunun birinci günü davam edir.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku keçirilir.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq.

Dörd günlük yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.

2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.

Geri dön