Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hikmət Hacıyev: Minalar münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Hikmət Hacıyev: Minalar münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir

Hikmət Hacıyev: Minalar münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir


Minalar, müharibənin partlamamış hərbi qalıqları münaqişələr bitdikdən sonra on illiklər boyu sülhə, inkişafa böyük əngəl törədir.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 1-də Bakıda keçirilən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə “Humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

“Münaqişədən sonrakı dövrdə minaların təmizlənməsi önəmli problem olaraq qalır. Azərbaycan əraziləri işğaldan azad olunandan sonra minalardan və partlamamış hərbi sursatlardan çirklənmə baxımından dünyada ən yüksək yerlərdən birini tutur. Hazırda ərazilərimizdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Geri dön