Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşaya ictimai baxış keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşaya ictimai baxış keçirilib

Sumqayıt Dövlət Dram Teatrında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşaya ictimai baxış keçirilib


Sumqayıt Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan, dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tamaşaya ictimai baxış keçirilib.

Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında yazıçı-ssenarist Hafız Ataxanlının qələmə aldığı epik pritçanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssam Elşən Sərxanoğlu, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

Tamaşada Əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Habil Xanlarov, Yalçın Səlimov, Siyavuş Mahmudov, Cavanşir Eyyubzadə, Vəfa Qurbanova, Aynur Hümmətova və başqaları çıxış edirlər.

İctimai baxışdan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov yaradıcı heyəti təbrik edərək, ümumilikdə, bədii mətndə nəzərdə tutulan konsepsiyanın tamaşanın yozumunda təcəssüm etdirildiyini vurğulayıb.

Mədəniyyət Nazirliyi, incəsənət və qeyri-maddi irs şöbəsinin sektor müdiri Könül Cəfərova və həmin sektorun baş məsləhətçisi Emin Əliyev çıxışlarında yaradıcı heyəti təbrik ediblər.

K.Cəfərova qeyd edib ki, son dövrlərdə Mədəniyyət Nazirliyində aparılan islahatlar, kreativ düşüncələrə diqqət ayrılması artıq öz bəhrəsini verməkdədir.

Nizami məfkurəsinin tamaşaçıya çatdırılmasında tamaşanın bədii tərtibatının xüsusi önəm kəsb etdiyini vurğulayan sektor müdiri bir daha yaradıcı heyətə minnətdarlığını bildirib.

Digər çıxış edənlər Xeyirlə Şərin, ağılla sərvətin mübarizəsinin maraqlı konteksdə çatdırıldığını bildiriblər. Tamaşada nəzərə çarpan bəzi qüsurlar da vurğulanıb və premyera gününədək aradan qaldırılması tövsiyə edilib.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ümumilikdə yaradıcı heyətin qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiyini söyləyib.

Tamaşanın premyerası aprelin 9-unda olacaq

Geri dön