Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Germidə çörək qıtlığı yaşanır
Germidə çörək qıtlığı yaşanır |
Məlumatın yayılmasından sonra şəhərin fərmandarı məsələyə münasibət bildirməyə məcbur olub.
Sosial media fəallarının yazdığına görə, hökumət Germi şəhərinin çörəkçilərinə nəzərdə tutulan un kvotasını vermədiyi üçün əhali əziyyət çəkir, şəhərdə və bölgə kəndlərində çörək çatışmazlığı yaranır. Germinin fərmandarı Hüseyn Molayi mediaya verdiyi açıqlamada problemi “un qaçaqmalçıları” ilə əlaqəli olduğunu iddia edib və məsələnin həlli üçün Germi şəhərinin kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının tədbirlər gördüyünü deyib. O, bununla yanaşı hökumətin çörəkçilər üçün verilməli unun miqdarının azalmasına toxunmadan çətinliklərin yaranmasında çörək sexləri yiyələrini ittiham edib. Fərmandar bir neçə çörək sexi yiyəsi və un qaçaqmalçısının saxlanıldığını və barələrində cinayət işinin açıldığını bildirib. Qeyd edək ki, xüsusilə son iki ilərzində İranın əksər əyalətlərində taxıl və un qıtlığının yaranmasına, çörəyin bahalaşmasına baxmayaraq, İran hökuməti Livana böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib. Geri dön |